Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Portuqaliya millisinin baş məşqçisi -"Favorit olduğumuzu bilirik"

Portuqaliya millisinin baş məşqçisi: Favorit olduğumuzu bilirik

"Mən xəyallarla yaşamıram. Nəyisə arzu etmək önəmlidir, amma ən əsası inanmaqdır. Xəyal qura bilərik, sonra oyanırıq və hər şey böyük kabusa çevrilər".

Yenixeber.org: Bu fikirləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığması ilə oyun öncəsi mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, onlar üçün hər görüş final xarakteri daşıyır: "Sabahkı oyunda favorit olduğumuzu bilirik. Amma rəqibə hörmətlə yanaşmasaq və meydanda əlavə üstünlüyümüzdən istifadə etməsək, böyük problemlərimiz ola bilər. Qələbələr meydanda qazanılır".

Santuş Canni De Byazinin başçılıq etdiyi kollektivin yaxşı müdafiə olunacağını vurğulayıb: "Bizi ciddi müqavimət gözləyir. Bilirəm ki, müdafiədə etibarlı oynayıb, sürətli əks-hücumlara üstünlük verəcəklər. Həmçinin standart vəziyyətlər zamanı da diqqətli olmalıyıq".

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam