Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Nikolas Raysel -"Abdelrafik Jerar məni "Qəbələ"yə məsləhət gördü"

Nikolas Raysel: Abdelrafik Jerar məni Qəbələyə məsləhət gördü

"Belçikanın "Ostende" klubundakı ilk mövsümdə 7 ay oynamadım, sonra "Ruselare"yə icarəyə veriləndə çox matçda meydana çıxdım. Dizimdə ağrılar yox idi. Mənim üçün həmin an faydalı oldu. Növbəti mövsümdə isə meydan üzü görmədim".

Yenixeber.org: Bu fikirləri "Footmercato" nəşrinə müsahibəsində "Qəbələ"nin futbolçusu Nikolas Raysel karyerası barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi 2020-ci ilin əvvəlində "Qəbələ"yə keçdiyi dönəmi də xatırlayıb. O bildirib ki, 2019/2020 mövsümünün ilk yarısında yalnız iki oyunda meydana çıxıb: "Qış transfer pəncərəsi başladı. Belə davam etmək imkansız idi. Həmin vaxt mənimlə Belçika ikinci liqasından maraqlanırdılar. Fransanın II çempionatından belə təklif yox idi. Ancaq üç il əvvəl həmin liqada ən yaxşı oyunçu seçildim. İnsanlar məni bir az unutmuşdular. Bütün bunlardan uzaqlaşmağa və yeni bir ölkədə sıfırdan nəsə etməyə qərar verdim. Dostum Abdelrafik Jerar "Qəbələ" ilə müqavilə bağlamışdı. O, idman direktoru ilə mənim barəmdə danışdı və videolarıma baxdılar. Onunla söhbətimdə əsl inam hiss etdim və gəlməyimi istədilər. Mənim də istədiyim, inam oyun şansı və yeni başlanğıc idi. Burada yeni başlanğıc üçün hər şey mövcud idi".

Raysel əyalət təmsilçisindəki ilk oyunlarda yaxşı çıxış etdiyini sözlərinə əlavə edib: "Şəxsən mənim üçün başlanğıc çox yaxşı alındı: 4 oyuna 4 qol vurdum və məhsuldar ötürmə verdim. Amma COVID-19 pandemiyasının ortaya çıxmasından sonra hər şey alt-üst oldu. Çempionat birdəfəlik dayandı və mövsüm erkən yekunlaşdı. Hər şeyə rəğmən, klubum müqaviləmi daha bir il artırmağımı təklif etdi. Özümü burada yaxşı hiss etdiyimdən, sözləşməmi yeniləməyə qərar verdim. Artıq bir ildir buradayam və hər şey yaxşı gedir. Ardıcıl görüşlər keçirirəm, səhhətimdə və fiziki durumumda problem yoxdur. Öz oyunlarımla Avropa və digər qitələrin klublarının diqqətini cəlb edəcəyimə ümidvaram. Fikrimcə, zədəyədək olan xüsusiyyətlərimi bərpa edə bilmişəm. Bu gün mən bütün təkliflərə açığam. Bu və ya digər kluba, bu və ya digər ölkəyə tüpürə bilmərəm. Keçmiş istedadlı komanda yoldaşlarımdan bəzilərinin pandemiya ilə əlaqədar klubsuz qaldıqlarını, klubların büdcələrini və heyətlərini ixtisara saldıqlarını gördükdə deyə bilmərəm ki, onlara tələbat böyükdür. Sabah Azərbaycandan yeni maraqlı təklif gəlsə, burada qala bilərəm. Avropa və hətta Fransa klubu maraqlansa, bütün variantları nəzərdən keçirərəm. Bu yay azad agent statusu alacağımdan, bu, üzümə bəzi qapıları aça bilər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam