Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Qarabağ" -Bu səhv növbəti görüşlərdə aradan qaldırılacaq

Qarabağ: Bu səhv növbəti görüşlərdə aradan qaldırılacaq

"Burada Azərbaycan dilinə hörmətsizlikdən söhbət gedə bilməz".

Yenixeber.org: Bu fikirləri açıqlamasında "Qarabağ"ın Mətbuat katibi Gündüz Abbaszadə serbiyalı futbolçu Uroş Matiçin formasındakı adın başqa əlifba ilə yazılmasına münasibət bildirərkən deyib.

Abbaszadə "Qarabağ" klubunun illərdir bu məsələyə həssas yanaşdığını vurğulayıb: "Digər əcnəbi futbolçuların adları Azərbaycan dilinin qaydalarına, tələbinə uyğun yazılıb. Filip Ozobiçi misal göstərə bilərəm. Xayme Romeronun adı belə ispan dilində tam fərqli səslənsə belə, Azərbaycan dilinin qaydalarına uyğun olaraq "X" hərfi ilə yazılıb. Çünki dilimizin qaydaları bunu tələb edir. O ki qaldı Matiçin formasındakı məsələyə, bu, texniki səhvdir. Məsələyə həssaslıqla yanaşırıq. Uzun illər Azərbaycan adını, ölkə futbolunu Avropada qürurla təmsil edən bir klub heç vaxt dilimizə hörmətsizlik etməz".

Abbaszadə növbəti görüşlərdə yanlışlığı aradan qaldıracaqlarını da söyləyib.

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XV turunda "Sumqayıt"la səfər oyununda əsasnaməni pozub. Komandanın futbolçusu Uroş Matiçin formasında Azərbaycan əlifbasında yer almayan hərfdən istifadə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam