Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Namik Ələskərov və Mahir Emrelinin -yeni nailiyyəti

Namik Ələskərov və Mahir Emrelinin yeni nailiyyəti

Namik Ələskərov son 8 mövsümdə “Neftçi”nin heyətində “Qarabağ”la oyunda birdən artıq qol vuran ilk futbolçu olub.

Yenixeber.org: Yarımmüdafiəçi Premyer Liqanın XV turunun səfər oyununda vurduğu iki topla 2:1 hesablı qələbədə pay sahibi olub. 2012/2013 mövsümündən sonra paytaxt təmsilçisinin heç bir üzvü derbidə dubla imza atmamışdı.

“Neftçi”nin “Qarabağ”a 2 qol vuran sonuncu oyunçusu Nikolas Kanales olub. O, 2012/2013 mövsümünün sonunda fərqlənib. Çilili forvardın dubl müəllifi olduğu 2013-cü ilin 4 may qarşılaşmasında da bakılılar 2:1 hesablı səfər qələbəsi qazanıb. Sonrakı 25 çempionat görüşündə paytaxt təmsilçisi belə hadisəyə sevinməyib.

Ələskərovun vurduğu hər iki top onun üçün yubileylə əlamətdar olub. Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında öncə 25-ci qolunu vurub, ardınca 26-cı dəfə fərqlənib. 6 dəfə başqa klublarda fərqlənən futbolçu “Neftçi”də 20-yə çatıb.
O, “Neftçi”nin tarixinə Premyer Liqada 20 və daha çox qol vuran 21-ci futbolçu kimi düşüb. Ona qədər “20”ni 20 oyunçu “fəth etmişdi”. Ələskərov eyni sayda qol vuran Leonid Kalfaya çatıb. Təcrübəli futbolçu bu siyahıda hərəyə 19 qola imza atan Kamal Quliyevlə Ruslan Qurbanovu arxada qoyub.

Ələskərov son 15 mövsümdə “Neftçi”də bir mövsümdə 10 və daha çox qol vuran ilk yerli futbolçu olub. 2005/2006 mövsümündə qol sayı iki rəqəmlə ifadə olunan Nadir Nəbiyevdən sonra buna heç bir yerli oyunçu imza atmayıb.

Qarşılaşma "Qarabağ"ın futbolçusu Mahir Emreli üçün də əlamətdar olub.

24 yaşlı hücumçu uduzduqları görüşdə Azərbaycan derbisindəki 9-cu qoluna imza atıb. Emreli bu göstəricidə "köhlən atlar"ın sabiq forvardı Reynaldo Silvaya çatıb. Braziliyalı hücumçu 9 qolun 2-ni ölkə kubokunda "Neftçi"yə vurub. Emreli isə bütün qolları ölkə çempionatında vurmaqla mütləq rekordçudur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam