Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Emreli Türkiyə, Rusiya, Belçika və ya Portuqaliya klublarına keçməlidir"

Emreli Türkiyə, Rusiya, Belçika və ya Portuqaliya klublarına keçməlidir

Cənubi Qafqaz ölkələrinin çempionatlarında çıxış edən futbolçulardan ən yaxşıları barədə yazı hazırlanıb.

Yenixeber.org: Şotlandiyanın Edinburq Universitetinin tələbəsi Patrik Keskinin dərc etdiyi məqalədə Gürcüstanda basketbol və reqbinin, Azərbaycan və Ermənistanda isə şahmatla döyüş idman növlərinin liderlik etdikləri vurğulanıb.

Xaricdə hər hansı real uğurların olmamasına rəğmən, klubların cəlbedici istedadların yetişməsində özünəməxsus paya sahib olduqları qeyd edilib. Buna misal kimi "Qarabağ"ın son zamanlar avrokubokların qrup mərhələsinin müntəzəm iştirakçısı olması göstərilib.

Hər bir ölkənin çempionatında çıxış edən ən yaxşı oyunçulardan da bəhs edilib. Azərbaycanda millinin və "Qarabağ"ın üzvü Mahir Emreli fərqləndirilib. Gürcüstanda "Saburtalo"nun hücumçusu George Koxreidze, Ermənistanda isə "Urartu"da çıxış edən haitili legioner Jonel Dezire çempionatın ən yaxşı futbolçusu kimi göstərilib.

Mahir Emreli Azərbaycanın ən perspektivli oyunçusu hesab edilib: "24 yaşlı oyunçunun ölkə xaricinə çıxması üçün hələ də gec olmadığı görünür. Emreli ardıcıl 6 il kubok qazanıb. 2017-ci ildə 20 yaşında Azərbaycanın əsas millisində debüt edib. Bu günə qədər 23 görüşdə oynayıb və 4 qol vurub. O, 2014-cü ildə qısa müddətdə Fransanın "Lans" klubunun gənclər akademiyasında yer alıb, daha sonra "Bakı"da oynamaq üçün ölkəsinə qayıdıb. Emreli 2017-ci ildə "Bakı"da 17 oyun keçirdikdən sonra 2015-ci ildə "Qarabağ"a keçib. 1,88 m boyu və 75 kq çəkisi olduğu üçün ölkəsini tərk etməsi ona problem yaratmayacaq. Boyuna baxmayaraq, tempi və hərəkətli olması bu hücumçunun üstünlüyüdür. Forvard qol vurma qabiliyyətinə malikdir, mərkəz hücumçusu və hücumameylli yarımmüdafiəçi kimi də oynaya bilir. O, Premyer Liqada 128-dən çox oyunda meydanda olub və 118 dəqiqədən bir qol vurma bacarığına sahibdir".

Keski "Qarabağ"ın oyunçusunun beynəlxalq matçlarda daha zəif çıxış etməsinin tənqidlərə səbəb olduğunu yazıb: "Emreli bu il "Qarabağ"ın heyətində Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. Nə olursa-olsun, onun Türkiyə, Rusiya, Belçika və ya Portuqaliyadan bir kluba keçməyə hazır olduğunu düşünürəm. Son olaraq onun adı Türkiyənin "Trabzonspor" və "Beşiktaş" klubları ilə hallanıb. Zaman keçdikcə, Emreli üçün xaricə getməyin ya indi, ya da heç vaxt olmadığı görünür".

Qeyd edək ki, Mahir Emrelinin "Qarabağ"la hazırkı müqaviləsi yayda bitəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam