Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Yaponiya hökuməti -Tokio Olimpiadasını ləğv etmək istəyir

Yaponiya hökuməti Tokio Olimpiadasını ləğv etmək istəyir

Yaponiya hökuməti koronavirus pandemiyasına görə Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğv olunmasının zəruriliyi barədə qərar çıxarıb.

Bu barədə

 “The Times”

 bildirib.

KİV-in məlumatına görə, indi ölkə rəhbərliyi Tokionun yenidən ev sahibliyi etmə ehtimalını qoruyaraq oyunların ləğv olunduğunu elan etmək üçün bir yol axtarır.

"Heç kim bunu birinci elan etmək istəmir, amma hamı (Olimpiadanı keçirməyin-red) çox çətin olacağı ilə razıdır. Mən düşünmürəm ki, bu olacaq”, - vəziyyətlə yaxın olan mənbə bildirib.

Yaponiyada Tokio-2020 Yay Olimpiya Oyunları ötən ilin yayında keçirilməli idi, ancaq koronavirus pandemiyasına görə oyunlar 2021-ci ilin yayına təxirə salınıb. Qeyd edək ki, bir neçə gün əvvəl ölkənin yarışı keçirmək niyyətində olduğu bildirilib. Hökumətin sözçüsü Katsunobu Kato deyib ki, pandemiyaya baxmayaraq, Yaponiya Tokio-2020 Yay Olimpiya Oyunlarını nəzərdə tutulan qrafik əsasında keçirmək niyyətindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam