Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Nərimanov rayonunda “Şahin” hərbi-idman oyunu keçirilib

 

"Xeberinfo.com":  Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən bu gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunların “N” saylı hərbi hissəsində Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2 «Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi» bəndinin icrasını təmin etmək məqsədi ilə “Şahin” hərbi-idman oyununun rayon final mərhələsi keçirilmişdir.

Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Veteranlar Təşkilatının birgə təsdiq etdiyi əsasnaməyə uyğun keçirilmişdir.

“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.

 

Yarışda rayonun 21 məktəb komandası tərkibində 294 nəfər məktəbli (onlardan 84 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəсinə görə I yerə 291 saylı “Araz”  Ekologiya  liseyin komandası, II yerə 258 saylı məktəbin komandası, III yerə isə 212 saylı məktəbin komandası layiq görülmüşlər. Yarışın qalib komandası məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanmışdır.







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam