Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

AFFA-nın müraciətindən sonra -UEFA Henrik Mxitaryanın bacısını tənbeh etdi

AFFA-nın müraciətindən sonra UEFA Henrik Mxitaryanın bacısını tənbeh etdi

İtaliyanın “Roma” klubunda çıxış edən futbolçu Henrix Mxitaryanın bacısı və agenti, UEFA-da çalışan Monika Mxitaryan bir neçə gün öncə "Twitter"dəki paylaşımı ilə diqqət çəkib.

Yenixeber.org: M.Mxitaryan Dağlıq Qarabağla bağlı müxtəlif paylaşımlar edərək guya həmin ərazilərin tarixi erməni torpaqları olduğunu iddia edib. UEFA əməkdaşının belə yanaşması, ən azı, Avropa futbol qurumunun əməkdaşları üçün mövcud olan daxili davranış qaydalarına zidd sayılmalıdır. Beynəlxalq futbol təşkilatının hər bir üzvünün hər hansı münaqişə barədə fikir bildirərkən öz neytrallığını qorumaq öhdəliyi olmalıdır.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Report"a açıqlamasında məsələdən məlumatlı olduqlarını bildirib: “Əlbəttə, xəbərimiz var. Tamamilə yalan, həqiqəti əks etdirməyən, subyektiv fikirlər paylaşan bu şəxslə bağlı dərhal UEFA-ya müvafiq qaydada rəsmi müraciət etdik. Bildirdik ki, Avropa futbol təşkilatında çalışan bir şəxsin bu cür qeyri-obyektiv, heç bir fakta əsaslanmayan, yalan və subyektiv paylaşımlar etməsi, yumşaq desək, qeyri-etikdir və mütləq buna münasibət bildirilməlidir. Əlbəttə, UEFA narahatlığımızı təbii qəbul etdi və müraciətimiz əsasında dərhal daxili araşdırma başlandı. Araşdırmanın nəticəsi barədə bizə hələlik rəsmi məlumat verilməsə də, Monika Mxitaryanın sosial şəbəkə hesabında həmin paylaşımların artıq olmaması belə qənaətə gəlməyə əsas verir ki, o, yazdıqlarının yalan və əsassız olmasını qəbul edərək onları silib”.

E.Məmmədovla söhbətdən sonra M.Mxitaryanın səhifəsinə göz gəzdirdikdə həqiqətən də həmin paylaşımlar artıq silindiyinə əmin olduq. Göründüyü kimi, ermənilər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqət qarşısında bütün sahələrdə acizdir – istər hərb meydanında, istər diplomatiyada, istərsə də sosial mediada...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam