Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Rusiyaya qarşı sanksiyalar Qazaxıstanı da silkələyib

 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını barbarlığa bənzədib və bundan Qazaxıstana da ziyan dəydiyini bildirib.
"Xeberinfo.com":  Məlumata görə,  Nazarbayev Orta Asiya ölkələri iqtisadiyyatını dollarsızlaşdırmağa çağırıb. O fevralın 11-də hökumətin iclasında çıxış edərkən Rusiyanın iqtisadi çətinlikdən şərəflə çıxacağına əmin olduğunu bildirib və qeyd edib ki, Qazaxıstanda bunu edə biləcək.
Nazarbayev bildirib ki, son vaxtlar rublun dəyərdən düşməsi Qazaxıstan şirkətlərinə pis təsir göstərib.
O buna görə dolayısı ilə Qərbi günahlandırıb, bunun xarici faktorlarla bağlı olduğunu və bunun Qazaxıstanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya ittifaqının üzvü olması ilə heç bir bağlılığı olmadığını bildirib.
Prezident Mərkəzi bankı ölkə iqtisadiyyatını dollarsızlaşdırmağa, əhali və şirkətləri isə dollarlarını tengeyə dəyişməyə çağırıb. Nazarbayev qazaxları pullarını boş yerlərə xərcləməməyə və xarici yox, yerli mallar almağa çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam