Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Almaniyada miqrant alveri ilə məşğul olan - azərbaycanlılardan ibarət...

Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstənin iki üzvü saxlanılıb.

Yenixeber.org: Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumatda deyilir ki, Federal Kriminal polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.

Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.

Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumatda isə deyilir ki, bu əyalətdə 180-ə yaxın polisin iştirakı ilə ev və iş yerlərinə təşkil edilən basqınlar nəticəsində miqrant alveri ilə məşğul olan şəbəkənin bağlantıları müəyyən olunub.

Kriminal polisin Düsseldorf, Köln, Frankfurt və Koblenz şəhərlərində keçirdikləri əməliyyatlar nəticəsində iki Azərbaycan vətəndaşı (hələlik adları açıqlanmır-red) saxlanılıb. Polis onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb.

Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb.

Almaniya Federal Daxili İşlər Nazilriyindən verilən məlumata görə, hazırda miqrant alverçilərinə qarşı əməliyyat davam etdiyindən saxlanılanların sayı və kimlikləri barədə yaxın saatlarda məlumat veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam