Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Oliqarxın varidatı bölüşdürülüb?

 

Azərbaycanda mülkiyyətin yenidən bölüşdürülməsi prosesi davam edir.

"Xeberinfo.com":  Məlumata görə, söhbət hansısa hüquqi prosedurdan getmir. Sadəcə, vurulan, çıxdaş edilən məmurun, iş adamının vaxtilə malik olduğu mal varlığı digər oliqarxa transfer etdirilir. Bu haqda musavat.om-a məlumat verən mənbənin sözlərinə görə, Xəzər sahilindəki torpaq sahələri kimi dənizin içindəki adalar da məmur-oliqarxlar arasında bölünüb. Qum adası illərdir ki, nəqliyyat naziri Ziya Məmmədovun şəriki, adı az qala tanınmış müğənni qədər populyar olan iş adamı, “Baglan Group”un sahibi, “Hafka” ləqəbli Hafiz Məmmədovun nəzarətində idi. Etibarlılığı şübhə doğurmayan mənbənin verdiyi məlumata görə, indi Hafiz Məmmədov “vurulmuş”lar sırasına qoşulduğu üçün onun varidatı da bölüşdürülməyə başlayıb.

1caMəlumatda deyilir ki, bir vaxtlar “Hafka”nın istifadəsinə verilmiş Qum adası AZAL prezidenti Cahangir Əsgərovun nəzarətinə keçib. C.Əsgərov adada hökumətin xüsusi iqtisadi zonaların yaradılması planlarını gerçəkləşdirmək öhdəliyi götürüb. Bu proyektin gerçəkləşməsi üçün niyə məhz C.Əsgərovun seçilməsi də onun biznes aparmaq maneralarına bağlı məsələdir.
Məlumatda həmçinin o da qeyd olunur ki, “Hafka”nın əmlaklarını, biznes payını alan Cahangir Əsgərov təkcə Azərbaycanın hava məkanına ağalıq etmir. Bakı Hava Limanının yerləşdiyi Binə və bu qəsəbəyə bitişik Şüvəlan zonası da çoxdandır AZAL prezidentinin tam nəzarətindədirO, vaxtilə Bakı milyonçularından olan Hacınskinin bağ evini də alıb. Sahəsi cəmi 20 sot olan bu bağın ərazisi hazırda genişləndirilib və 2 hektar yarımdır. Cahangir Əsgərovun həmin ərazidə atçılıq stadionu, administrativ bina, şəxsi vertolyot meydançası, həyat yoldaşının parfümeriya istehsalı müəssisəsi, hazır mal anbarı və s. yerləşir.
Burada tennis kortunun, üzən yay və qış hovuzlarının, futbol meydançasının, yüz nəfərlik qonaq evinin olduğu da bildirilir. Cahangir Əsgərov havadan yerə enəndə bu ərazini elektromobillə gəzir, bunun üçün bir neçə elektromobilə də sahibdir. Yəni AZAL prezidentinin keçmiş milyonçuların mülklərini alıb özünə şəxsi xüsusi iqtisadi zona yaratması praktikası var. Ona “Hafka”nın əmlaklarının verilməsi də bu baxımdan başa düşüləndir.

12Qeyd edək ki, artıq xeyli müddətdir Hafiz Məmmədov biznes və siyasət olimpində mövqelərini itirməyə başlayıb. İş adamının əlindəki bütün biznes subyektlərinin alındığına dair məlumatlar var. Hafiz Məmmədovun yerli banklara və müxtəlif qurumlara yaranmış külli miqdarda borcu ilə əlaqədar əksər obyektlərindən imtina etməli olub. Onun nəqliyyat sektorundakı şirkətlərini köhnə şəriki Ziya Məmmədova qaytardığı bildirilir.
1za
Elə vaxtilə Ziya Məmmədovdan aldığı “Bank of Azerbaijan”ın idarəçiliyinin və “Bakı” klubunun səhmlərinin bir hissəsinin Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevə verildiyi bildirilir. Bunun səbəbinin isə Hafiz Məmmədovun Beynəlxalq Bankdan götürdüyü bir neçə 100 milyon manat krediti geri qaytara bilmədiyi göstərilir.

Hafiz Məmmədovun nəzarətində olan və elə Qum adasında yerləşən “Bahar Enerji Əməliyyat Şirkəti”nin də artıq oliqarxın əlindən alınaraq, ARDNŞ rəhbəliyni idarəiliyinə verildiyinə dair məlumatlar var. Xatırladaq ki, “Bahar Enerji Əməliyyat Şirkəti”nin əməkdaşları əməkhaqlarının yubadılması və kütləvi ixtisarlar səbəbindən etiraz aksiyası keçirmişdilər.
“Hafka”nın ən böyük şirkəti olan “Baghlan Group FZCO” holdinqi isə ötən ilin iyununda öhdəliyin ödənilməsi problemi ilə üzləşib və texniki defolt elan edilib.
1haÜmumiyyətlə ötən il ərzində Hafiz Məmmədov həm ölkə daxilində, həm də xaricdəki biznesini başqalarına transfer etmək məcburiyyətində qalıb. Maliyyə tapa bilməyən oliqarxın bunu könüllü etmədiyi ilin sonunda verdiyi bəyanatdan aydın hiss olunurdu. Sitat: “Təəssüf ki, ayrı-ayrı adamlar bizim üzləşdiyimiz çətinliklərdən öz şəxsi maraqları üçün istifadə etməyə çalışır və mən hər iki ölkə ictimaiyyətini əmin etmək istəyirəm ki, onlar buna görə öz cəzalarını alacaqlar”.

Hafiz Məmmədovun kimləri hədələdiyi sirr olmasa da, bu artıq o qədər də əhəmiyyət daşımır. Çünki görünən odur ki, bir zamanlar ölkənin ən güclü oliqarxlarından sayılan Hafiz Məmmədov artıq tam iflasa uğrayıb. Hətta böyük hay-küylə aldığı Fransanın “Lans” klubunun səhmlərini belə köhnə şərikinin oğlu Anar Məmmədovun nəzarətinə keçməsinə mane ila bilməyib. Bəzi məlumtlara görə, ötən ilin yayında ölkədən çıxmasına qadağa qoyulan Hafiz Məmmədovun əlində qalan bu son səhmlər də aldıqdan sonra müflis oliqarxa hərəkət sərbəstliyi verilib.
Onun hazırda Türkiyədə bizne qurmağa çalışdığı bildirilir. Ötən ilin dekabr ayının sonunda Türkiyədə onun adına avtomobil yük daşımaları ilə məşğul olacaq şirkət qeydiyyata alınıb.

Azpolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam