Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda müəllimənin qəddarlığı

 

"Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili Nəzarət Sektorunun əməkdaşları müəllimin azyaşlı məktəbli qıza qarşı etdiyi vəhşiliyi araşdırmaq üçün 53 saylı orta məktəbdədir".

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

BŞTİ-dən bildirilib ki, araşdırma prosesində 53 saylı məktəbin direktoru, azyaşlı uşağa vəhşilik etdiyi deyilən müəllimə, şagird və onun valideynləri iştirak edir. Bununla yanaşı, məktəbə dermatoloq həkim də dəvət edilib.

Sosial şəbəkələrdə Bakıda müəlimin azyaşlı məktəbli qıza qarşı etdiyi vəhşiliyin görüntüləri yayılıb.

Facebookda "Sancaq" səhifəsində yerləşdirilən məlumatda deyilir ki, Yasamal rayonu 53 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zülfiyyə Hacıyeva 1-ci sinifdə oxuyan balaca məktəbli qıza qarşı zorakılıq və vəhşilik edib.
Belə ki, müəllimənin balaca qızın saçını dibindən yolduğu və döydüyü iddia olunur. Səbəb isə 1-ci sinif şagirdinin yazını yaxşı yazmaması olub.
Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı ANS PRESS-ə açıqlamasında bildirib ki, hazırda baş verən hadisə ilə bağlı məlumatları yoxdur: "Bununla bağlı araşdırma aparılacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam