Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

İranda yaralıların sayi 810 nəfərə çatdı -Həsən Ruhani təcili tapşırıqlar verdi - YENİLƏNDİ

 

İranda yaralıların sayi 810 nəfərə çatdı - Həsən Ruhani təcili tapşırıqlar verdi - YENİLƏNDİ

İrandakı zəlzələ ilə bağlı prezident Həsən Ruhani təcili tapşırıqlar verib.

Yenixeber.org: Ötən gün qeydə alınan yeraltı təkanlar səbəbindən ölən və yaralananların sayının hər saat artması əhali arasında xaos yaradıb.

Prezident Həsən Ruhani ölkənin daxili işlər naziri və Kirmanşah vilayətinin qubernatoruna xəsarət alan şəxslərin ailələrinə dərhal zəruri yardımın göstərilməsi istiqamətində göstərişlər verib.

Kirmanşah vilayətinin 8 kəndində elektrik enerjisinin verilişi dayanıb. Vilayətin ətraf rayonlarında içməli suyun verilməsində belə fasilələr yaranıb.

                                                          ***

İranda güclü zəlzələnin ardından daha bir təbii fəlakət insanları vahiməyə salıb.

Ölkənin cənub-şərqində baş verən güclü qum fırtınası 171 nəfəri xəstəxanalıq edib. Həmin istiqamətdə yerləşən Sistan və Bəlucistan vilayətlərində təyyarə reysləri təxirə salınıb.

Məlumatına görə, avqust ayının 20-dən bu günə qədər İranda xəstəxanaya yerləşdirilən insanların sayı 810 nəfəri keçib. Onlar müxtəlif şikayətlərlə- nəfəs yollarında tutulma, göz və ürəklə bağlı müraciət ediblər. Tibb məntəqələrinə və xəstəxanalara müraciət edən 810 nəfərdən 639-u ambulator müalicələrdən sonra evə buraxılıb. Digərləri isə xəstəxanalarda stasionar şəraitdə müalicələrini davam etdirirlər.

Hadisə ilə bağlı Qırmızı Xaç təşkilatı tərəfindən zərərçəkənlərə içməli su və zəruri əşyalarla yardım göstərilib.

Ölkədə verilən hava proqnozlarına görə, qarşıdakı 3 gün ərzində qum fırtınasının davam edəcəyi gözlənilir. Hökümət əhalini ehtiyatlı olmağa çağırıb.

Xatırladaq ki, dünən İranın Kirmanşah vilayəti yaxınlığında baş verən 6,1 bal gücündə zəlzələdə 2 nəfər ölüb, 241 nəfər isə ağır yaralanıb.(publika)

Könül


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam