Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Həbsdə olan jurnalistin qətlə yetirilən qaynı ilə bağlı şok iddia...

 

 

   Əli Rüstəmov rayonun hüquq-mühafizə orqanlarından narazıdır...

    "Xeberinfo.com": Dünən həbsdə olan tanınmış hüquq müdafiəçisi və jurnalist Pərviz Həşimlinin qaynı Kamal Rüstəmov qətlə yetirildi. Mərhumun atası Əli Rüstəmovsa istintaqın gedişindən narazıdır və o narazılığını Pərviz Həşimlinin yas yerində olan vəkili Bəhruz Bayromova nəql edib.

   Bəhruz Bayramov qətl baş verən zaman Goranboyda imiş, Pərviz Həşimlinin vəkili və dost münasibətlərində olduğu üçün yas yerinə getməyi özünə borc bilib və yasda iştirak edib.

    B. Bayramov Moderator.az-a bildirdi ki, mərhumun ailə üzvlərinin, konkret olaraq qətlə yetirilən Kamal Rüstəmovun atası Əli Rüstəmovun istintaq orqanlarından ciddi narazılığı var:“Tapdıq Rzayev mərhum Kamalın qaynatası olub. Uzaq qohumluqları da olub aralarında. Hüquq-mühafizə orqanlarının iddia etdiyi kimi bu münaqişə heç də ailə- münaqişə zəminində baş verməyib. Kamalı qətlə yetirmiş Ürfan Rzayev Tapdıq Rzayevin oğlu və mərhum Kamal Rüstəmovun qaynı olub. 2007-ci ildə Kamal Rüstəmov Tapdıq Rzayevin qızı ilə evlənib. Tapdıq Rzayev də imkanlı bir şəxs kimi 5 müəssisəsi olub. Moskvada da müəssisələri olub. Göygöl rayonu ərazisində çaxır və araq istehsalı ilə məşğul olub. Yeznəsi olan mərhum Kamal Rüstəmov da həmin müəssisənin satış üzrə meneceri olub. O Bakı şəhərindəki şadlıq evlərinə işkilərin-arağın, çaxırın, şampan şərabının paylanmasıyla məşğul olurmuş. 2013-cü ildə qaynata ilə kürəkən arasında müəyyən narazılıq olub və Kamal Rüstəmovla Tapdıq Rzayevin qızı bu soyuqluğun nəticəsi olaraq bir müddət sonra boşanıblar. Kamal Rüstəmov evi sataraq pulun yarısını həyat yoldaşına verib. Kamal Rüstəmovun da onlara heç bir borcu olmayıb. Kamal Rüstəmov qaynatısıyla münasibətlərinə xitam verdikdən sonra gedib Göygöl rayonunun Quşqara kəndində özünə torpaq sahəsi götürərək limonad sexi açıb. Bunun üçün ailəsinə məxsus evlərini satıb və banklardan kredit də götürüb. Qaynata Kamalın onları tərk edib özünə iş qura bilməsini həzm edə bilməyib və hər vəchlə onun biznes fəaliyyətinə mane olmağa başlayıblar. Tutaq ki, Kamal Rüstəmov limonadları ayrı-ayrı dükanlara 40 qəpiyə təklif edirmişsə, onlar izləyib həmin dükanlara ziyana olsa belə həmin limonadı 25-30 qəpiyə təklif edirmişlər. Dükan sahiblərinə də deyirmişlər ki, heç kim Kamaldan mal almasın. Kamal Rüstəmovun işçilərinin dediyinə görə Tapdıq Rzayev və onun oğlu Ürfan Rzayev tez-tez gəlib onu narahat edirmişlər, hədələyirmişlər ki, neçə ki, biz varıq, sən burdan xeyir götürə bilmərsən. Hər dəfə də Kamal yaxın ətrafına deyirmiş ki, keçmiş qaynatası barışmaq üçün belə edir və bunların mənimlə barışmaq niyyətləri var, mən də barışmaq istəyirəm. Ailə üzvlərinə deyirmiş ki, şeytana lənət, mənim iki qızım var və arada da çox ciddi bir problem, bağışlanılması mümkün olmayan hadisə də yoxdur, odur ki, mən də barışmağa hazıram. Dəfələrlə aralarında zəng və üzbəüz söhbətlər də olub. Nəhayət, qətlə yetirilən gün Ürfan Kamala zəng vurur ki, sənin bizim şirkətdə işlədiyin dövrdə 330 manat borcun qalıb, onu hökmən bu gün ödəməlisən. Kamal da etiraz edib ki, mənim işlədiyim dövrdə heç bir borcum qalmayıb. İşçilərinin dediyinə görə, birinci dəfə Ürfan saat 13 radələrində “Mersedes 600” SLK ilə gəlib və sənədi Kamal göstərib ki, borc budur. O da sənədə baxıb deyib ki, mənim işlədiyim dövrə aid deyil. Ürfan gedib saat 17 radələrində yenidən qayıdıb Kamalın limonad sexinə. Bu zaman istintaqa da ifadə verən bir kişi yaxınlaşıb Kamaldan soruşub ki, nə məsələdi? O da deyib ki, sən narahat olma, Ürfangil mənimlə barışmağa gəlib. Həmin adam aralaşan kimi Kamalı vurub. Mərhumun atası deyir bayıra çıxdım ki, Kamal al-qan içində və Ürfan ona iki bıçaq zərbəsi vurub, birin ağciyərinə, o birini qarın boşluğuna. Özü də Ürfan bir sənəd çıxarıb verib Kamala ki, oxusun, Kamal həmin sənədə baxanda başının qarışıq olmasından istifadə edib vurub. Əli kişi deyir ki, oğlunu al qan içində görüb onu tez maşına götürərək Göygöl rayonu xəstəxanası istiqamətində sürdüm. Deyir gördüm ki, həmin Mersedes 600 SLK maşın yolun kənarında dayanıb. Kamalı xəstəxanaya çatdırmaq mümkün olmayıb və o yolda keçinib. Əli kişi deyir ki, mən xəstəxanaya çatanda gördüm ki, artıq Tapdıq Rzayev və sürücüsü də ordadır. Ona görə də Əli Rüstəmov belə hesab edir ki, bu əvvəlcədən planlaşdırılmış qətl olub. Əli kişi xəstəxanada keçmiş qudası Tapdıq Rzayevi görən kimi oğlunun qanın içindəki cəsədini buraxıb ona hücum edib, amma ətrafdakı adamlar qoymayıblar. İndi qətlədən sonra Tapdıq Rzayevgil iddia edir ki, Kamal da guya Ürfanı bıçaqla vurub. Amma işçilər də təsdiq edir ki, Kamlın əlində heç nə olmayıb və Əli Rüstəmov belə hesab edir ki, onlar Ürfanın cəzasını yüngülləşdirmək üçün özləri qəsdən ona xəsarət yetiriblər.

    Təsəvvür edin ki, oğlu qucağında keçinmiş ata xəstəxanada Tapdıq Rzayevi görəndə ona tərəf cummasına polis biganə qalmayıb və mərhumun atasını divara dirəyirlər. Ölüm işi qalıb kənarda, bunu çağırıblar ki, Tapdıq Rzayev səndən şikayət edib ki, oğlunun meyitini xəstəxanaya gətirəndə ona hücum edib.” 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam