Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanın cənubunda meşələr yanır

 

41 yanğınsöndürən, 100 əsgər, 1 helikopter, 1 təyyarə, 200 işçisi cəlb edilib
 
Yanğının söndürülməsinə təyyarə və helikopterlər cəlb olunub

Azərbaycanın cənub bölgəsində meşə yanğınları davam edir. 

"Xeberinfo.com" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə zolağı ərazisində təxminən 50 ha sahədə müxtəlif növ ağaclar (palıd, dəmirağac, kol-kos) yanır.
 
Yanğın texnikalarının həmin ərazilərə cəlb olunmasının qeyri mümkünlüyünü (avtomobil yolundan təxminən 4-6 km yüksəklikdə) nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin qurumlarından 41 yanğınsöndürən, Mülki Müdafiənin 100 əsgəri, Aviasiya Dəstəsindən 1 helikopter, 1 təyyarə, 200 meşə təsərrüfatı işçisi və tırtıllı traktorlar cəlb edilib.
 
Yanğının yayılma təhlükəsi aradan qaldırıb, tam söndürülməsi işləri davam etdirilir.
 
Bundan başqa, Lənkəran rayonu Hirkan Milli Parkının ərazisində 20 ha sahədə meşə zolağı və dağlıq ərazidə kol-kos yanmaqda davam edir. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 75 yanğınsöndürəni, Aviasiya Dəstəsindən 2 helikopter və meşə təsərrüfatı işçilərindən 80 nəfər canlı qüvvə cəlb edilib.
 
Hazırda yanğın qayalıq ərazidə davam edir və yanğının söndürülməsi üçün müvafiq tədbirlər həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam