Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Yol qəzalarında ən çox qeydə alınan hal -Piyadaların vurulması

 

Yenixeber.org:Bakıda baş verən yol qəzalarının böyük əksəriyyəti piyadaların avtomobillərlə vurulması ilə bağlıdır. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, 2017-ci il yanvarın 1-dən avqustun 26-a qədər Bakı şəhəri üzrə baş vermiş yol qəzalarının 62 faizi məhz piyadaların vurulması ilə nəticələnib. V.Əsədov qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə həm avtomobillərə, həm də piyadalara qarşı tədbirlər görülür. Qeyd olunan müddətdə Bakı şəhəri üzrə keçirilən tədbirlər nəticəsində avtomobil sahibləri ilə bağlı 451 978, piyadalarla bağlı isə 80 187 inzibati protokol tərtib edilib.

Eyni zamanda, mərkəzi məlumat sistemində avtomatik olaraq 455 730 elektron protokol yazılıb.

Qeyd edək ki, 2017-ci il yanvarın 1-dən avqustun 26-a qədər Bakı şəhəri üzrə 375 yol qəzası baş verib. Bu hadisələr nəticəsində 110 ölüm, 340 xəsarət qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam