Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bir ayın əsgəri öldü

 

      Bir ayın əsgəri dünyasını dəyişdi

 

    Xeberinfo.az: Bir aydır Daxili Qoşunların “N” saylı hərbi hissəsində xidmət edən 18 yaşlı əsgər Samiq Məmmədov dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların hospitalında qeydə alınıb.

Daxili Qoşunların mətbuat xidmətinin məlumatına görə, mayın 28-də S.Məmmədov hemoragik vaskulitin sürətli gedişi diaqnozu ilə hospitala daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Samiq Məmmədov bu ilin aprel ayında Qusar rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsgərin ölməsi ilə faktı bağlı həyata keçirdiyi ilkin araşdırmaların nəticələrini açıqlayıb.

Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzinin baş zabiti Nurəddin Heydərovun sözlərinə görə, S.Məmmədov hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyası tərəfindən müayinə olunub. Bu zaman onun səhhətində hər hansı problem, yaxud hər hansısa patologiya aşkarlanmayıb: “Eləcə də çağırışçının özü, yaxud valideynləri tərəfindən uşağın sağlamlığında hər hansı probleminin olması ilə bağlı xidmətə heç bir şikayət ünvanlanmayıb. Çağırışçı sağlam olaraq hərbi xidmətə göndərilib və hərbi hissəyə təhvil verilib. Onu da qeyd etmək zəruridir ki, bütün qoşun növlərində çağırışçılar təhvil alınarkən yenidən tibbi müayinədən keçirilirlər. Onların səhhətində hər hansı şübhəli məqam aşkar olunarsa, geri qaytarılırlar. O əsgərdə də belə bir problem yaşanmayıb”.

Göründüyü kimi Daxili Qoşunlar əsgərin xəstəlikdən dünyasını dəyişdiyini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə əksini deyir. Bəs bir ayın əsgəri nədən dünyasını dəyişib? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti düz deyirsə, bir aydır xidmət edən sağlam əsgər nədən ölsün? Yox əgər Daxili Qoşunların məlumatı doğrudursa onda niyə dəqiq müayinə edilmir?

Xatırladaq ki, bu ilin aprel ayının 1-dən 30-dək Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılmış 171 çağırışçıda xəstəlik aşkarlandığından geri qaytarılıb. Bu məlumatı Müdafiə nazirliyi yaymışdı.

Bu xəbər yayılan zaman hərbi ekspert Üzeyir Cəfərov bu olayı şərh edərək bildirmişdi ki, Hərbi Prokurorluq çağırışçıların geri qaytarılmasıyla bağlı Arzu Rəhimovu istintaqa cəlb etməli idi: “171 nəfər bir neçə tağımın əsgərləridir. Ciddi rəqəmdir. Ümumiyyətlə, faktiki olaraq, dövlətin bir qurumu digər qurumunu sabotaj etməklə məşğuldur. Bu, davamlı hal alıb, xüsusi ölçü götürülməlidir. Bu nə biabırçılıqdır, nə rüsvayçılıqdır ki, xidmətə yararsız insanları hərbi xidmətə cəlb edirlər?! Müdafiə Nazirliyi nədənsə, keçən dəfə də açıqladığı bənzər siyahını Hərbi Prokurorluğa təqdim etmədi. Məndə olan məlumata görə, ordudan geri çağırılan çağırışçıların bir neçəsi başqa qurumlara xidmətə göndərilir. Müdafiə Nazirliyi prinsipiallıq göstərmədi deyə, xidmətdən azad olunmuş çağırışçıları başqa qurumlarda hərbi xidmətə yolladılar. Bu da sonradan fəsadlara yol açır - ya əsgər dünyasını dəyişir, ya da bir sıra başqa problemlər yaranır ki, bu da son nəticədə xoşagəlməz hadisələrə səbəb olur”.

Samiq Məmmədov Daxili Qoşunların hospitalına hemoragik vaskulitin sürətli gedişi diaqnozu ilə daxil olub.

İnternetdə sözügedən xəstəliklə bağlı kiçik bir araşdırma apardıq. Hemoragik vaskulit (Şenleyn Genox) xəstəliyi çox rast gələn xəstəliklərdən olub, damar divarının keçirici qabiliyyətinin artması ilə əlaqədardır. Yəni, qanın tərkibi tərəfindən heç bir dəyişiklik müşahidə edilmir. Xəstəlik əsasən uşaq vaxtı təsadüf edilir. İrsi deyil. Əsasən yaz və payız aylarında təsadüf olunur. Xəstəliyin aşağıdakı formaları var: Dəri sindromu, oynaq sindromu, abdominal sindrom. Bu formalar ayrı – ayrılıqda və ya birlikdə təsadüf oluna bilər.

Bu xəstəliyin müalicəsi haqda isə bunlar yazılıb: “Mütləq diaqnoz qoyulduqdan sonra hospitalizasiya 3 həftədən az olmamaq şərtilə labüddür. Qida rasionundan sensibilizasiya edən qidalar çıxarılmalıdır. Bütün vitaminlər olmaz. Müalicə müddətində xəstə özünü soyuqdan qorumalıdır, yataq rejimi təyin olunmalıdır, profilaktik peyvəndlər, müxtəlif probalar əks göstərişdir”.

 

Göründüyü kimi Hemoragik vaskulit bir ayın içində yaranan xəstəlik deyil. Daha çox uşaq vaxtı yaranır. Əgər Daxili Qoşunların hospitalının verdiyi rəy doğrudursa, onda mərhumu hərbi xidmətə xəstə ola-ola aparıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam