Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Rosselxoznadzor” Azərbaycanı hədəf aldı: 22 ton fındıq Rusiyada saxlanıldı

 

Bu gün Azərbaycanın Rusiya ilə sərhədindəki “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində “Rosselxoznadzor”un Dağıstan Respublikası üzrə İdarəsinin müfəttişləri tərəfindən 22 ton fındığın qonşu ölkəyə keçməsinin qarşısı alınıb.

Xeberinfo.com:   Bu barədə idarənin mətbuat xidməti bildirir.

Məlumata görə, fındıq yüklü TIR  Azərbaycan ərazisindən keçməklə Rusiyadan tranzit olaraq İtaliyaya getməliydi.

Lakin “Rosselxoznadzor”un müffətişləri malın fitosanitar nəzarət normalarının pozulduğunu əsas gətirərək saxlanıldığını deyiblər. Yoxlama zamanı müəyyən olunub ki, yükün fitosanitar sertifikatında fındığın Azərbaycan mənşəli olduğu  göstərilib. Əslində isə fındıq Türkiyə mənşəli olub. Bununla da yükün sahibi “Biki karantini” haqda qanunu pozub və inzibati məsuliyyətə cəlb olunub.

Bundan əvvəl “Rosselxoznadzor” Azərbaycanı Türkiyə mənşəli pomidorları “Azərbaycan malı” kimi Rusiyaya ötürməkdə ittiham etmişdi. Rusiya hökumətinin strukturu iddia edirdi ki, yanvar ayında Azərbaycandan Rusiyaya göndərilən pomidorun həcmi birdən-birə dörd dəfə artıb. Bu isə məhsulun əslində Türkiyədən gətirildiyini və Azərbaycan malı adı altında Rusiya bazarına daxil olduğunu deməyə əsas verir.

 

“Rosselxoznadzor” məsələni araşdırmaq üçün Azərbaycana müfəttişlər göndərilə biləcəyini açıqlamışdı. Lakin Azərbaycan tərəfi bu ittihamı rədd edib və Rusiyaya Türkiyə mənşəli pomidorların göndərilməsini təşkil etmədiyini bildirib. Sadəcə olaraq yanvar ayında Azərbaycanda istixanalarda məhsulun yetişdiyi vaxtdır və nəticədə Rusiyaya pomidor ixracında kəskin artım yaşanıb.

 

Xəbər verildiyi kimi Rusiya Türkiyə istehsalı olan meyvə-tərəvəzin ölkədə gətirilməsinə qadağa qoyub. Göründüyü kimi Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi ticarət embaqolarından Azərbaycan da artıq ziyan çəkməyə başlayıb və indi Azərbaycan istehsalçıları istehsal etdikləri məhsulların Türkiyə mənşəli olmadığını “Rosselxoznadzor”a sübut etməlidir. Əks halda onların mallarını sərhəddə saxlaya və geri qaytara, yaxud müsadirə edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam