Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Daha bir şəxs borca görə özünü yandırdı

Azərbaycanda daha bir nəfər borca görə özünə od vurdu

 

 

 
Ağcabədi rayonunda intihara cəhd baş verib. 52 yaşlı qadın özünü yandırıb.
Xeberinfo.com:   Ağcabədi rayon Prokurorluğundan verilən məlumata görə, şəhərin Heydər Əliyev küçəsi ev 94 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan şəhər sakini, 1964-cü il təvəllüdlü Zərnişan Şəfayət qızı Ələkbərova özünü yaşadığı evin həyətində üzərinə yanacaq tökərək yandırıb. 
Ağır yanıq xəsarətləri alan dərhal rayon xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərilən qadın vəziyyəti ağır olduğu üçün dərhal Bakıdakı Respublika Yanıq Mərkəzinə aparılıb.
Respublika Yanıq Mərkəzindən Zərnişan Ələkbərovanın reanimasiya şöbəsinə yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu bildirdilər.
52 yaşlı qadın özünü yandırmasına ilkin ehtimal onun ailə üzvlərinin külli miqdarda borcu olduğu göstərilir.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Sonuncu oxşar hadisə ötən ilin dekabr ayının 3-də Gədəbəy rayonunun Şınıx kəndində qeydə alınıb. Kənd sakini 57 yaşlı qadın intihar məqsədi ilə üzərinə benzin tökərək özünü yandırıb. Qadın ailə üzvlərinin köməyi ilə dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 
Xəstəxanada ilkin tibbi yardım göstərilən qadın Bakıdakı Yanıq Mərkəzinə gətirilib. 
Yanıq Mərkəzində 7 gün müayinə edilən 1958-ci il təvəllüdlü Nəsibə Famil qızı Hüseynova dekabr ayının 10-da xəstəxanda dünyasını dəyişib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam