Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazirin Londondakı milyarder oğulları ətrafında qalmaqal

Londonda Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyeri və xanımını öldürməyi, Hindistanın Mumbai şəhərində törədilmiş terror hücumlarının bənzərini həyata keçirməyi planlaşdıran iki terrorçunun işi üzrə qapalı məhkəmə dinləmələrinin məxfi sənədləri açıqlanıb.

Xeberinfo.com:   Məlumata görə, bu məhkəmə sənədlərində terrorçuluqda şübhəli bilinənlərin “Azərbaycan nazirinin Londonda nağılları xatırladan həyat tərzi sürən” milyarder oğullarının əlaltısı olan Ruslan Məmmədovla dostluq etdikləri göstərilir.

Qapalı məhkəmə bu ilin apelində keçirilib. İŞİD üzvü olmaqda və Londonda seriya terror hücumları hazırlamaqda şübhəli bilinərək həbs edilən Erol İncedal və Munir Rarmoul-Bouhadjar 2013-cü ilin oktyabrında həbs ediliblər.

Lakin bu ilin apelində təhlükəsizlik maraqları ilə bağlı qapalı keçirilən məhkəmə prosesində onların üzərindən Londonda seriya terror aktları hazırlamaq və Bleyeri öldürməyə cəhd ittihamları götürülüb. Terrorçuluqla bağlı qalan ittihamlar isə qüvvəsində qalıb.

İndi isə məhkəmə sənədləri açıqlanıb və Britaniya mediası Londondakı hüquq məktəbinin tələbəsi olan bu iki müsəlmanın işi üzrə ortaya çıxan sensasion materiallardan yazır.

“The Telegraph” qəzetinin yazdığına görə, açıqlanmış məhkəmə stenoqramları türk əsilli Erol İncedalın “Azərbaycan nazirinin Londonda dəbdəbəli həyata keçirən milyarder oğulları” ilə əlaqəli olan Ruslan Məmmədov adlı şəxslə dost olduqları, ondan müntəzəm olaraq iri məbləğlərdə pul aldıqlarını üzə çıxarır.

Qəzetin yazdığına görə, məxfi məhkəmə faylları göstərir ki, Londona terror hücumları hazırlamaqda, İŞİD-lə əlaqəli olmaqda ittiham edilən Erol İncedal milyarder həyat tərzi keçirən azərbaycanlı ilə dost olub.

Lakin bunlar qapalı məhkəmənin sənədlərinin hamısı deyil. Məhkəmə mətbuatın sənədləri açıqlamaq barədə tələbini qismən təmin edib.

Erol İncedala qarşı terror hazırlamaq ittihamı götürülsə də o, terrorçuluq fəaliyyəti ilə bağlı sənədlər əldə etməkdə və saxlamaqda təqsirli bilinərək 3,5 il həbs cəzasına məhkum edilib.

Onun dostu, Londonun cənubundan olan 27 yaşlı Munir Rarmoul-Bouhadjar isə etiraf edib ki, telefonunun yaddaş kartında bomba hazırlamaq üçün təlimat saxlayıb, Türkiyənin Suriya ilə sərhədində “Kalaşnikov” avtomatından atəş açmaq təlimləri keçib. Bu ittihamlar üzrə məhkəmə ona da 3 il yarım həbs cəzası kəsib.

Məhkəmə dinləmələrinə dair sənədlərə əsasən E.İncedal həbs edilənə qədər bir neçə ay ərzində azərbaycanlı dostu Ruslan Məmmədovla birlikdə pleyboy həyat tərzi keçirib. E.İncedal məhz azərbaycanlı dostunun sayəsində həbs edilərkən son model “Mercedes” sürürdü və tələbə kreditindən başqa gəlir mənbəyi olmasa da qolunda 15 min funt-sterlinq dəyərində saat var idi.

Evli və iki uşaq atası olan E.İncedal məhkəməyə ifadəsində 2007-ci ildə azərbaycanlı tələbə Ruslan Məmmədovla necə tanış olduğunu və onunla dostluğa başladığını danışıb.

O deyib ki, Məmmədov “Azərbaycan nazirinin milyarder oğullarının” yanında ora-bura qaçırtmağa yarayan oğlan olub. Hansı ki, həmin nazir oğulları Londonda məşhur şəxslərlə, o cümlədən şahzadə Harri ilə oturub-durmağı, super-varlı ruslar və ərəblərlə yeyib-içməyi, Londonun “Tramp”, “Mamounia Lounge” və “Salt” kimi olduqca bahalı gecə barlarında əylənməyi xoşlayır.

Munir Rarmoul-Bhadjar

Məhkəmə sənədlərinə əsasən polis E.İncedalı həbs etməzdən əvvəl onun izinə düşüb və avtomobilində “juçok” yerləşdirib. “Juçok”un qeydə aldığı söhbətlərdən birində E.İncedal M.Rarmoul-Bhadjarla söhbətində lovğalanırmış ki, onun cibində 20 min funt-sterlinq pul var.

E.İncedal məhkəmədə bu sübut haqda danışarkən deyib: “Ruslan mənim dostumdur, onun dörd kredit kartı var. Hər kartdan 4-5 min funt-sterlinq pul çıxara bilir. Çünki o, həmin axşam ziyafət və içki məclisi təşkil etmişdi, mənə də pul vermişdi ki, bəzi işləri yoluna qoyum. Ruslan milyarderlərin dostudur və əsasən onlara işləyir”.

E.İncedal ifadəsində daha sonra deyib: “Onlar hər dəfə gecə klubunda 20-30 min funt-sterlinq xərcləyirlər. Aydındır ki, Ruslan pulu bir az çox götürür, bosslarının xəbəri olmadan bir hissəsini cibinə qoyur. Həmin gün o, gödəkcəsini mənə vermişdi və cibindəki puldan (20 min funtdan) muğayat olmağı, ertəsi gün gödəkcəni ona qaytarmağı xahiş etmişdi”.

Erol İncedal

Məhkəmədə İncedaldan soruşulub ki, pul həqiqətən 20 min funt-sterlinq məbləğində olubmu.

Müttəhim cavab verib ki, əslində pul 17 min funt-sterlinqə yaxın idi.

“Ancaq mən məbləği yuvarlaqlaşdırdım və həmin axşam Munirin yanında lovğalandım ki, cibimdə xeyli pul var” - deyə E.İncedal bildirib.

E.İncedal məhkəmə jürisinə deyib ki, R.Məmmədovun milyarder dostları onun bu cür pul çırpışdırmağından xəbərdar idilər.

“Ancaq buna əhəmiyyət vermirdilər, çünki həmin pul onlar üçün 5-10 funt-sterlinq kimidir”- E.İncedal deyib.

Bəs bu əfsanəvi milarderlər kim idi?

Məhkəmənin bu sualına E.İncedal belə cavab verib: “Onlar Azərbaycan nazirinin oğullarıdır, şahzadə Uilyam və Harri ilə dostluq edirlər”.

E.İncedal danışıb ki, Ruslan onu və dostu Muniri eksklüziv gecə barlarına aparıb xərclərini ödəyirdi.

“Mən və Munir Ruslanla tanış olana qədər heç vaxt bahalı paltar geyinməmişdik. Ancaq o, bizim xərclərimizi ödəyirdi, “Harrods” və “Selfridges” kimi eksklüziv barlara aparırdı”- E.İncedalın ifadəsində deyilir.

Müttəhim onu da bildirib ki, həbs olunan ərəfədə Ruslan ona 15 min funt-sterlinqə “Rado” saatı, 500 funt-sterlinqə “Bugo Boss” gödəkcəsi, 300 funt-sterlinqə bir cür ayaqqabı və “Louis Vuttion” portmanatı almışdı.

Londonun Edgware Road məhəlləsi

“Onlar o qədər varlıdır ki, məsələn, deyirdilər ki, filan qızla danışa bilsən, sənə 10 dənə, 20 dənə verərəm (10 min, 20 min funt-sterlinq nəzərdə tutulur-red.). Beləliklə, həmin 17 min funt-sterlinq doğrudan da onlar üçün pul deyildi”- E.İncedal danışıb.

Məhkəmə sənədlərinə əsasən Məmmədov Londonun milyarderlər məhəlləsi olan Paddingtonda mənzil kirayələyib. Və İncedal arvadından boşanandan sonra mənzildə onunla qalmağa icazə verib. Çünki İncedalın arvadı onu Londoun cənub-şərq hissəsindəki mənzilindən çıxarmışdı.

E.İncedal deyib ki, azərbaycanlı milyarderlərin özlərinin Royal Albert Hallla yanaşı evləri olub, habelə Hempsteddə 10 milyon funt-sterlinq dəyərində malikanələri, Edgware Roadda başqa evləri də var.

“Buna baxmayaraq onlara seçdikləri qadınlarla əylənmək üçün haradasa mərkəzdə ev lazım idi”- deyə E.İncedal bildirib.

Erol İncedal

Müttəhim azərbaycanlı milyarderlərin şəxsi təyyarələri ilə tez-tez Monakoya və digər yerlərə uçduqlarını da deyib.

E.İncedal həmçinin Rarmoul-Bouhadjarla birlikdə Türkiyənin Suriya ilə sərhədinə necə getdiyini, orada “Kalaşnikov” avtomatından atəş açmağı öyrəndiyini, orada Əhməd adlı cihadçı ilə necə tanış olduğunu də ətraflı danışıb. Bununla belə E.İncedal Londonda terror hazırlamaq planlarının olduğunu inkar edib.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam