Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Sabiq nazirin həyat yoldaşı da işdən çıxarıldı?

3f6317e0-591b-4ef1-8b30-17b9a82d91b7_292

 

Eldar Mahmudovun həyat yoldaşının səhhətində problem yarandığı deyilir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) katibi Tahirə Mahmudova səhhəti ilə əlaqədar işə çıxmır.

Xeberinfo.com:   Məlumata görə, bu barədə “Report”a AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bildirib.
“O, hazırda məzuniyyətdədir”, – AHİK sözçüsü əlavə edib.
Qeyd edək ki, Tahirə Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həyat yoldaşıdır.
T.Mahmudova 1960-cı ildə anadan olub. 1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Ali təhsilini başa vurduqdan sonra “Dənizneftqazlayihə” Elmi Tədqiqat və Layihə İnstitutunda baş mühəndis, 1987-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş mühəndis, 1994-2000-ci illərdə “Spektr” kiçik müəssisəsində aparıcı konstruktor, 2001-2003-cü illərdə “Səda” firmasında beynəlxalq iqtisadiyyat məsələləri üzrə məsləhətçi, 2003-2007-ci illərdə isə AGBank-da məsləhətçi vəzifələrində çalışıb.
2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsində çalışır. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam