Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“İsmayıllı məhbusları"ndan Prezidentə müraciət

 

 

 

     Məhkəmə prosesini ABŞ səfirliyinin birinci katibi Stefan Qays da müşahidə edib

 

    "xeberinfo.com": Fevralın 4-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrinə görə həbs edilənlərin, o cümlədən, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu və REAL-ın sədri İlqar Məmmədovun növbəti məhkəmə prosesi keçirilib. 
    Bu dəfə ki, məhkəmə prosesində də ABŞ səfirliyinin 1-ci katibi Stefan Qays, Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı, Elman Fəttah və digərləri iştirak edirdilər.
Məhkəmə başayan kimi Müsavat başqanının müavini Tofiq Yaqublu vəsatət verərək İsmayıllı-Bakı magistral yolunun üzərindəki Dövlət Yol Polis İdarəsinə məxsus görüntülərin, həmçinin 24.01.2013-cü il saat 17:20 radələrində olan İsmayıllı rayonunun çıxışında olan yanacaqdoldurma məntəqəsindəki görüntülərinin də çıxarılmasını tələb etdi. Dövlət ittihamçısı isə bu vəsatətin artıq bir dəfə verildiyini və İsmayıllı polis rəisinin müavini Şöhrət Kərimovun otağında Tofiq bəylə olan söhbətin şahidlərin ifadəsi ilə artıq sübuta yetirildiyini dedi.
Dövlət ittihamçısının bu cavabı T.Yaqublunun etirazına səbəb oldu: “Mən ilk dəfədir ki, bu vəsatəti verirəm. Şöhrət Kərimovun otağında olanda orada heç kim olmayıb. Necə şahidlərin ifadələrində sübuta yetirilə bilər?” Ancaq hakim Rəşid Hüseynov T.Yaqublunun vəsatətini qəbul etmədi.
Daha sonra Asif Ağayev şahid qismində ifadə verərək, ona təzyiq edildiyini, yazılı ifadəsindən isə xəbərsiz olduğunu bildirdi: “Mən İsmayıllı rayonunun Soltan kəndindən şəhərə avtobus sürürəm. Məni polis bölməsinə aparanda dedilər ki, guya mən camaatı yığıb, mitinqə gətirmişəm. Mənim üzümü divara sıxaraq, psixoloji təzyiq ediblər. Mənim indi dediyim şifahi ifadəm düzgündür. Yazılı ifadəni mən yazmamışam, məcbur ediblər və yazılanlara qol çəkmişəm”.
Daha sonra hakim Elxan və Vüqar Ələkbərov adlı şahidlərin ifadələrini oxumaq istəsə də, vəkillər buna etiraz etdilər. Vəkillər bildirdilər ki, burada şahid qismində ifadə verən şəxslərin və zərərçəkmişlərin əksəriyyətinin ilkin ifadələri ilə buradakı şifahi ifadələri üst-üstə düşür. Ona görə də hər iki şəxs məcburi şəkildə məhkəməyə gətirilməlidir. Hakim qərara aldı ki, hər iki şəxs məcburi şəkildə növbəti məhkəmə prosesinə gətirilsin. 
Daha sonra hakim bu günə qədər 86 şahidin dindirildiyini bildirərək, artıq kifayət olduğunu deyib. Tərəflər də hakimin bu qərarı ilə razılaşdılar. 
T.Yaqublu hadisələrin baş verməsində birbaşa bağlılığı olan İsmayıllı rayonunun keçmiş icra başçısı Nizami Ələkbərovun şahid qismində məhkəməyə dəvət edilməsini istəsə də, hakim bunu qəbul etmədi. 
Vəkil N.Kərimli sübut siyahısı ilə bağlı vəsatət verdi. Vəkil Fuad Ağayev MTN-nin və İsmayıllı rayonu Əməliyyat Şöbəsində olan çıxarışların da verilməsini tələb etdi. Hakim isə bunun sonda müşavirə otağında müzakirə ediləcəyini dedi.
Vəkil Xalid Bağırov da əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatət verdi. O, şahidlərin ifadələrinin əksəriyyətində Ələsgər Bədəlovun adının çəkildiyini bildirərək, həmin şəxsin əlavə şahid kimi çağırılaraq, dindirilməsini xahiş etdi. Hakim R.Hüseynov bu vəsatətin də iki nəfər zərərçəkmiş dindirildikdən sonra müzakirə ediləcəyini bildirdi. 
Daha sonra Nemət Kərimli “Yeni Müsavat”a İsmayıllı hadisələriylə əlaqədar videoçəkilişlərlə bağlı sorğu verdiyini dedi və 2 diski məhkəməyə təqdim etdi. Hakim isə həmin disklərə baxıldıqdan sonra qiymət veriləcəyini bildirdi. 
Vəkil X.Bağırov İ.Məmmədovun hadisələr zamanı orda olmadığını təsdiq edən "Azadlıq" radiosunun diskini məhkəməyə təqdim etdi. Diskdə "Azadlıq" radiosunun “İşdən sonra” verlişində İlqar Məmmədovun müsahibəsi var. Yəni həmin saatda İlqar Məmmədov "Azadlıq" radiosunda olub. Hakim bu diskə baxıldıqdan sonra qiymət veriləcəyini dedi.
Bundan sonra elan edilmiş 10 dəqiqəlik fasilə zamanı İsmayıllı məhbusları "Yeni Müsavat" qəzeti vasitəsi ilə Prezidentə və DİN-ə müraciət edərək, onların haqqında yalan ifadə vermiş Şöhrət Kərimov, Əhməd Hacıyev, Məhəmməd Quliyev, Rauf Kərimov, Elzadə Cəfərov, Rəşad Əhmədov, Nicat Vəliyev, Vahid Məhərrəmov və Yunis Faktiyev adlı İsmayıllı rayon polis idarəsi işçilərinin ifadələrinin araşdırılmasını, onların yalan ifadə verdiklərinə görə cəzalandırılmasını xahiş etdilər.
Növbəti məhkəmə prosesi fevralın 10-da saat 10:00-da keçiriləcək.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam