Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Erməni casusunu həbs edən PEŞƏKAR ZABİT

Danılmaz faktdır ki, ölkəmizin daxilində və xaricində  Milli təhlükəsizliyimizin keşiyində, sabitliyin qorunmasında hüquq-mühafizə orqanlarında çalışan  qəhrəman  oğullarımızın böyük xidmətləri olmuşdur.
Yenixeber.org: Elə haqqında söhbət açacağımız qəhrəmanlardan biri-Rövşən Əlvəndov bir neçə il əvvəl Prezident Yanında Xüsusi İdarədə bölmə rəisi işləmişdir. Dövlətinə, xalqına bağlı olan Rövşən müəllim vətənə xidmət borcunu ləyaqətlə yerinə yetirmiş, ən təhlükəli əməliyyatlarda rəşadət göstərərək qanun pozuntularının, dövlətimizə qarşı yönələn bütün təhlükəli cəhdlərin qarşısının alınmasında xüsusi xidmətləri olmuşdur. Vətənə sədaqətlə xidmət edən zabitlərimiz sırasında Rövşən Əlvəndovun adı qürurla çəkilir.
Bu məqamda Əlvəndov Rövşən Aydın oğlunu yaxından tanıyaq:
Əlvəndov Rövşən Aydın oğlu 07.07.1961-ci  ildə  Laçın rayonunun Bozlu kəndində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Bozlu kənd orta məktəbinin birinci sinfinə daxil olur. 2-ci sinfi bitirdikdən sonra Minkənd orta məktəbində 3-6-cı siniflərdə oxumağa davam edir. 7-8-ci sinfləri  Abşeron rayonu Ceyranbatan qəsəbəsində oxuyur. Daha sonra təhsilini doğulduğu Bozlu kəndində davam etməklə məktəbi müvəffəqiyyətlə bitirir.
1981-1983-cü illərdə Ukraynada strateji əhəmiyyətli uzaq-mənzilli artileriyya hərbi bazasında həqiqi hərbi xidmətini şərəflə başa vurur, “starşina” rütbəsi ilə vətənə dönür.
1983-cü ildə Gəncə Texnologiya İnstitutuna qəbul olur və 1988-ci ildə oranı bitirir. O, hüquq təhsili almaq arzusunda idi. Elə buna görə də 1992-ci ildə  BDU-nun hüquq fakültəsinə qəbul olur və hüquqşünas peşəsinə yiyələnir.  Daha sonra Ali Hərbi Əks Kəşfiyyat kursunu bitirərək mükəmməl təhsil alır.  Bir müddət sonra Prezident Yanında Xüsusi İdarədə xüsusi təyinatlıların  komandiri təyin olunur. Bir çox dövlət əhəmiyyətli tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir. Ağır sınaqlardan uğurla çıxan Rövşən Əlvəndov idarənin ən yaxşı əməliyyatçı statusunu alır.
Bu ərəfələrdə idarəyə məlumat daxil olur ki, Zirə qəsəbəsində yerləşən Hərbi Hava qüvvələrinə məxsus “N” saylı hərbi hissənin qərargah rəisi mühüm əhəmiyyətli məlumatları müxtəlif yollarla ermənilərə ötürür. Rəhbərlik gənc və peşəkar əməliyyatçı Rövşən müəllimə bu məsələ ilə bağlı tapşırıq verir. Rövşən müəllim dərhal əməliyyat planı hazırlayır. Ermənilərin casusunun tutulması əməliyyatına birbaşa  rəhbərlik edən Rövşən müəllim təhlükəli əməliyyatın ən vacib detallarından danışır:  
“Erməni kəşfiyyatçısının Zirədəki hərbi hissədə olması barədə məlumatlar daxil olmuşdu. Tapşırıq verildi ki, sözü gedən hərbi hissədə əməlliyyat keçirilməli, hərbi hissədə olan həmin xain ifşa olunaraq məsuliyyətə cəlb olunmalı idi. Əməliyyata rəhbərlik mənə tapşırılmışdı. Mən yaxşı dərk edirdim ki, verilən tapşırıq çox məsuliyyətli və çətindir. Həm də əməliyyatın aparılacağı məkan Zirə qəsəbəsində yerləşən Hərbi Hava Qüvvələrinin bölməsində olacağı mənim məsuliyyətimi ikiqat artırırdı. Həmçinin, həbs olunacaq hərbçinin hərbi hissənin qərargah rəisi olması əməliyyatın nə qədər çətin və həssas olmağından xəbər verirdi. Əvvəlcə biz əməliyyat şəraitini nəzərdən keçirib peşəkar çekistləri ora cəlb etdik, onun evində axatarış apardıq. Nəticədə onun evindən əməliyyata fayda olacaq bəzi detallar götürüldü. O, əməliyyatla bağlı bir məqam heç vaxta yadımdan çıxmaz, evdə tapdığımız bütün şəkillərdə həbs edəcəyimiz casusun yəni Kərim Bəşirovun (əsl adı Karen Baraşov) bütün çəkilən albom şəkillərindən öz şəklini yox etməsi onun casus olması şübhələrimizi bir daha artırdı. Eyni zamanda başqa dəlillər də götürülmüşdü.
Casusu həbs etdikdən sora istintaq müddəti başa çatana qədər mən sərəncama göndərildim”
Rövşən müəllim dərin fikirə getdikdən sonra yenidən söhbətinə davam edir.
“Mən sizə başqa bir hadisəni də danışım, yəqin ki, Sülhəddin Əkbəri tanıyırsınız, 1993-cü il Gəncə hadisələri vaxtı o, MTN-də nazir müavini idi.
Sülhəddin Əkbəri Gəncəyə gedəndə Surət Hüseynovun mühafizəçilərindən Faiq adında biri öz dəstəsi ilə birlikdə onu saxlayıb “Pejo” markalı xidməti maşınını əlindən almışdı. Xatırladım ki, bizim yuxarı komandanlıq ən ağır hadisələrin araşdırılmasına daima məni göndərirdi. Elə bu hadisəyə görə də mən Gəncəyə ezam edildim. Haqqında danışdığım həmin Faiq adlı şəxs mənim rəhbərliyim altında saxlanılıb istintaqa təvil verildi. Faiqi qolu kələbçəli mənim və mənimlə birlikdə əməliyyata ezam olunan əməkdaşların yanına gətirdilər. Zəruri əməliyat şəraitini nəzərə alıb onun əllərini açdırdım, biz Göyçay ərazisində Əli adında adamın kafesində oturduq,  O, mənim ona qarşı göstərdiyim əməliyyat münasibətlərini görüb, cavab olaraq əməllərindəki cinayəti gizlətməyi lüzum bilmədi, hər nə etmişdisə açıb danışdı, hətta, az sonra Sülhəddin Əkbərin xidməti maşınını gizlətdiyi ot tayasının yerini belə bizə göstərdi”.
Qeyd edim ki, Rövşən müəllim təmkinlə danışır, danışdıqca mən hiss edirdim ki, onun iştirakçı olduğu və ya rəhbərlik elədiyi əməliyyatlar ən təhlükəli əməliyyatlardan olmuşdur. Bu mənada onun Əks kəşfiyyat kursunu qırmızı diplomla bitirməsi keçirilən məxfi əməliyyatların uğulu nəticələrinin göstəricisidir. Rövşən müəllim söhbətə ara verdikdən sonra yenidən başqa bir çətin əməliyyatdan danışır:
“Mən həm də  Yevlaxda 8 nəfəri qətlə yetirən Surət Hüseynovun kürəkəni Soltan adında bir caninin yaxalanması əməliyyatını da elə həmin ərəfələrdə həyata keçirmişdim. Qeyd edim ki, Soltan həmin dövrdə Artilleriya Hərbi hissəsində silah-sursat anbarının müdiri idi. Axtarışa verilmişdi, gizlənirdi. Nəhayət ki, əməliyyat şəraitini qiymətləndirib, peşəkarcasına xüsusi planla onu yaxalamağa müyəssər olduq. Belə ki, onun Yevlaxdakı mənzilinə alıcı qismində yaxınlaşdım, əməliyyat çox çətin idi. Plan pozular, canini əldən qaçıra bilərdik. Bu baxımdan keçirdiyimiz əməliyyatda özüm alıcı kimi qarşısına çıxdım və elə onu evindəcə zərərsizləşdirib həbs etdik.
Nə isə, o qədər belə əməliyyatlarımız olub ki, danışsam gərək bir roman yazasınız.
Mənim ən çətin, özümə şərəf saydığım, həmçinin sərəncama göndərilməyimə səbəb olan “Koren Baraşov” əməliyyatı heç vaxt yadımdan çıxmaz. Bu əməliyyatdan sonra mən sərəncama göndərildim. Sərəncama göndərilsəm də, qürur hissi keçirir, bilirdim ki, qəlbim mənə “hər şeyi düz eləmisən, sən yanılmamısan” deyirdi. Üç aylıq sərəncam müddəti keçdikdən sonra bir gün mənə zəng gəldi, bildirdilər ki, sən artıq Binəqədi Hərbi Komissarlığında 3-cü zabitlər şöbəsinin rəisi təyin olunmusan. Təbii ki, mən ürəkdən razı olmasam da, “əmr əmrdir” deyib xidmətə başladım. 7-8 aydan sonra Hərbi Tribunal Kərim Bəşirov deyilən Karen Baraşovun əməllərini sübuta yetirdi və onu ölüm hökmü ilə cəzalandırdı”.
Bu məqamda Rövşən Əlvəndovun işində yenidən dəyişiklik baş verir. Belə ki, bir  müddət sonra Prezident Yanında Xüsusi İdarənin rəisi general-leytenant Elman Qəmbərov özü Rövşən müəllimə şəxsən zəng edərək bildirir ki, sənin tutduğun erməni casusunun əməlləri sübuta yetirildi. Sən yenidən əvvəlki vəzifənə təyin edilmisən. Bununla da Rövşən müəllim əvvəlki işinə polkovnik-leytenant rütbəsi ilə yenidən davam edir.
2000-ci ildə köçürmə yolu ilə MN-yi Respublika Hərbi Komissarlığının Yasamal rayon şöbəsində Hərbi komissarın müavini, səfərbərlik şöbəsinin rəisi vəzifəsinə təyin olunur.
2006-cı ildə isə daha yüksək vəzifəyə irəli çəkilir-Respublika Hərbi Komissarının müavini təyin olunur.
2012-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə Respublika Hərbi Komissarlığının adı dəyişdirilir, Rövşən Əlvəndov da yeni adla fəaliyyət göstərən SHXÇDX-nin Çağırış Baş İdarəsinin rəisinin müavini təyin edilir, bir müddət isə rəis vəzifəsini icra edir. 2016-cı ildən yaşına görə öz arzusu ilə  ordudan təqaüdə çıxır.
Rövşən Əlvəndov hərbi sistemdən ayrılsa da, əmək fəaliyyətini bu gün də davam elətdirir. Hal-hazırda o, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmir-tikinti idarəsinin müdiri vəzifəsində çalışır. (azia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam