Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Jurnalistin həbsi Prezidentin şərəf məsələsidir -TƏFƏRRÜAT

Jurnalist Əvəz Zeynallının həbsində qaranlıq qalan məqamlar çoxdur. Amma bunu bilənlər sanki yoxdur. Bilənlər vardırsa da, susurlar. Bu da səbəbsiz deyil. Çünki, burada ölkənin birinci və ikinci şəxsini informasiyasız qoymağa çalışırlar. Belə məqamda maraqlı olan hallardan biri odur ki, Ramiz Mehdiyev hakimiyyətin yuxarı eşelonunda kimlər üçünsə arzuolunmazdır.

Yenixeber.org: Ona görə belə qənaətə gəlirik ki, dünya düzəni dəyişir, Türkdilli respublikalarda "5-ci kolon"nun Ramiz Mehdiyev kimi kuratorları sıradan çıxarılır. Regionda yenilməz Türk dünyasının inkişaf etdiyi bir vaxtda, ölkəmizdə islahatlar dalğasına düşüb dövlət vəzifələrinə təyinat alanlar heç də düşünməsinlər ki, daşıdıqları vəzifələri düzgün idarə edə bilirlər. Onların keçmişdə kimin kim olduğundan ümumiyyətlə xəbərləri yoxdur. Əgər olsaydı, ölkənin tanınmış YouTube kanalının rəhbəri Əvəz Zeynallı kimlərinsə odunda yandırılmazdı.

Gəlin xatırlayaq, yaxın keçmişdə Əvəz Zeynallı "Xural" qəzetinin çap versiyasını ərsəyə gətirib ölkə boyunca yayımını təşkil etdiyi bir vaxtlarda Ramiz Mehdiyev ona qarşı mülki qaydada 20 min manat təzminat tələbi ilə məhkəmədə iddia qalırır. Bundan sonra, Mehdiyevin sifarişi əsasında məhkəmə Zeynallını 10 min manat cərimə edir. Çıxarılmış qərar icraya yönəldilir və "Xural" qəzetinin kompüterləri, eləcə də inventarları müsadirə olunur. Məqsəd o olur ki, redaksiyanın fəaliyyəti dayandırılsın və əməkdaşlar həqiqətləri yazıb ictimailəşdirə bilməsinlər. Bir-neçə ildən sonra Əvəz Zeynallı qəzetçilik fəaliyyətini çətinliklə də olsa  bərpa edir. Bu zaman Ramiz Mehdiyevin aqressiyası daha da şiddətlənir. Bunun da səbəbi o olur ki, Əvəz Zeynallı türkçülük ideyalarını təbliğ edir, ruspərəstlərin də paxırını açırdı. Bunu da həzm edə bilməyən Mehdiyev onu əlaltıları vasitəsi ilə şərlədib həbs etdirir. Zeynallı bir-neçə il həbsxana həyatı yaşadıqdan sonra, azadlığa çıxır. İndi necə olur ki, jurnalistika fəaliyyəti dövründə Ramiz Mehdiyevin düşmən kəsildiyi adam yenidən həbs olunur? Bu yerdə hakimiyyətin yüksək çinli məmurlarının təcrübəsiz və səriştəsiz olduğunu deməyə əsaslar yaranır desək, yanılmarıq. Hər kəsə gün kimi aydındır ki, Ramiz Mehdiyevin himayədarlıq etdiyi "iş adamları" kimlər olub. Azərbaycan ictimaiyyəti bilməmiş deyil ki, vəkil Aslan İsmayılovun illərlə müdafiə etdiyi Zülfüqarlı qardaşlarının əlindən zavod alınaraq özləri necə həbsə atıldılar və həbsdən sonra necə sürgün edildilər. Təbii ki, yaxın keçmişdə Ramiz Mehdiyevin timsalında baş verən məmur özbaşınalığını heç kim unutmayıb. Xüsusi vurğulayaq ki, Ramiz Mehdiyevin birbaşa dəstəyi ilə Zülfüqarlı qardaşlarına məxsus əmlaklarını ələ keçirən Rasim Məmmədov olub.

Rasim Məmmədov onun metallurgiya sahəsindəki inhisarçı mövqeyi və bu sahədə fəaliyyət göstərən digər sahibkarlara qarşı həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti haqda yazılara, tənqidlərə qarşı çox aqressiv münasibət göstərib və illərdir ki, belə tənqidlərə Ramiz Mehdiyevin birbaşa dəstəyi ilə əsassız məhkəmə qərarları çıxartdırmaqla cavab verib. Ramiz Mehdiyevin ədliyyə sistemi rəhbərliyindəki adamlarının sayəsində Azərbaycan məhkəmələri son 10 ildə Rasim Məmmədovun iddialarının demək olar ki, heç birini geri çevirməyiblər. Əksinə, son 10 ildə bir çox sahibkarların Rasim Məmmədova qarşı qaldırdıqları haqlı iddialarını, ortada “daşdan keçən” dəlil-sübutlar olmasına baxmayaraq, təmin etməyiblər. Rasim Məmmədovun istənilən iddiasını isə heç bir əsas olmadan təmin ediblər.

Məlum olduğu kimi, Rasim Məmmədovun və Ramiz Mehdiyevin qeyri-qanuni əməllərindən ən çox zərər çəkmiş belə sahibkarlar sırasında tanınmış iş adamları olan Zülfüqarlı qardaşları da vardır. Birmənalıdır ki, Rasim Məmmədov Ramiz Mehdiyevin birbaşa dəstəyi ilə Zülfüqarlı qardaşlarına məxsus olan iki iri zavodu - “Bakı Poladtökmə” ASC-ni və “Bakı Elektroştamp” ASC-ni zorla əllərindən alıb. Bu faktlar deməyə əsas verir ki, Ramiz Mehdiyev Azərbaycan cəmiyyəti üçün çox təhlükəli adam olmaqla yanaşı, ölkəmizin birinci və ikinci şəxslərinə qarşı da düzgün mövqedə  olmayıb. Başadüşüləndir ki, onun ətrafında olanlar bir-bir cəzalandırılır. Bəs Eynulla Fətullayev nədən cəzalandırılmır? Axı o, vaxtilə Mehdiyevə yararlanmaq üçün Bakıya erməniləri gətirib gəzdirir və guya xalqımızla dostluq əlaqələri qurdururdu. Bu gün də özünün etiraf etdiyinə görə Ramiz Mehdiyevin metallurgiya sahəsi üzrə iş görəni Rasim Məmmədovun ən yaxın ailə dostudur. Belə yerdə məntiqlə düşünsək ki, illər uzunu Mehdiyevlə əks mövqedə olan jurnalist Əvəz Zeynallı nədən həbsə atılır? Kimdir Prezidentin özünə köməkçi bildiyi jurnalistləri gözümçıxdıya salan? Əlbəttə ki, bu cür xoşagəlməz hərəkətlərə əl atanlar, birbaşa ölkənin birinci şəxsinin əleyhinə getməklə yanaşı beynəlxalq aləmin ölkəmizə qarşı mənfi rəyini də qazandırırlar. Belə bir məqamda jurnalist Əvəz Zeynallının həbsini Prezidentin şərəf məsələsi kimi hesab etmək olar. Çünki, Prezidentin özünə köməkçisi bildiyi jurnalist haqsız yerə həbsdədir...

Şirin Cəfəri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam