Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Azərbaycanda müğənni barəsində cinayət işi açıldı –FOTO


 

DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov müğənni Elnar Xəlilovun yerli televiziya kanallarının birində hava limanında özünün də iştirakçısı olduğu bir faktı təhrif edərək ictimailəşdirməsi ilə bağlı açıqlama yayıb.

Yenixeber.org: Rəsmi məlumatda deyilir:

"Həmin verlişin tamaşaçıları arasında çaşqınlıq yaranmaması üçün müğəninin qeyd etdiyi insident barədə məlumat verməyi zəruri hesab edirəm.

Belə ki, ötən il oktyabrın 22-də gecə saat 2.30-da Elnar Xəlilovla dostu Müşfiq Ələkbərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındakı dayanacaqda avtomobillərini park edərkən digər sürücü Anar Qurbanovla aralarında yaranmış mübahisə nəticəsində əlbəyaxa dava etmişlər. Bu zaman E.Xəlilov və M.Ələkbərov A.Qurbanovun baş və sifət nahiyəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişlər.

Faktla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılmış və Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır.

E.Xəlilova və M.Ələkbərova qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barələrində «başqa yerə getməmək» haqqında intizam qətimkan tədbiri seçilmişdir.

Bu il avqustun 31-də istintaq yekunlaşmış, cinayət işi üzrə ittiham aktı tərtib edilərək prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Prokurorluğuna göndərilmişdir.

Müğənni Elnar Xəlilovun az qala bir il bundan əvvəl törətdiyi qanun pozuntusunu indi təhrif olunmuş formada ictimailəşdirməsi ən azı təəsüf doğurur. Buna baxmayaraq, bir daha qeyd edirəm ki, qanunlar qarşısında hamı eyni məsuliyyəti daşıyır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam