Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Nasa SpaceX missiyası:astronavtlar okeana enməyə hazırlaşır

 

 Dragon Endeavour kapsulu kosmik stansiyadan Cənubi Afrika üzərində ayrılıb

Yenixeber.org: Amerika astronavtları Doug Hurley və Bob Behnken Dragon Endeavour kapsulunukosmik stansiyadan ayırdıqdan sonra ABŞ ərazisində su üzünə enməyə hazırlaşırlar.

Astronavtlar tərəfindən idarə olunan kosmik gəmi ABŞ-da sonuncu dəfə 45 il bundan əvvəl eniş edib.

Gözlənildiyinə görə, astronavtlar Floridada sahil xətti yaxınlığında bazar günü Bakı vaxtı ilə 22:45-də suya enməlidirlər.

Uğurlu eniş Amerikanın yenidən öz astronavtlarını kosmik orbitə daşımağa və geri qaytarmağa qadir olduğunu və məsələnin öhdəsindən gəlmək üçün bütün texniki vasitələrə sahib olduğunu təsdiqləyəcək.

Shuttle proqramı 2011-ci ildə qapadıldıqdan sonra ABŞ belə bir imkanı itirmişdi.

 Bob Behnken (solda) və Doug Hurley (sağda) kosmik stansiyaya may ayının sonunda yollanıblar

Astronavtların yerləşdiyi kapsul atmosfer qatına ilkin olaraq saniyədə bir neçə kilometrlik sürətlə daxil olacağından hərəkət zamanı gəminin qoruyucu örtüyünün alt üzündə temperaturun 2000C-dək qalxacağı gözlənilir.

İki dəst paraşütün mərhələli sürətdə işə salınması nəticəsində kapsulun suyun üzünə ehmallı enişi təmin olunmalıdır.

 Nasa and SpaceX practised the splashdown procedures in an uncrewed mission last year

Sonuncu dəfə Amerika astronaftları tərəfindən idarə olunan kosmik gəmi kapsulu ABŞ-da suya enişi 45 il bundan əvvəl etmişdi.

Astronavtlar kosmik stansiyaya missiyası may ayının sonunda başlayıb. Onlar kosmik orbitə SpaceX şirkətinin Falcon-9 raketində qalxıblar.

Bu hadisə ABŞ kosmik uçuşları tarixində yeni eranın başlanğıcı kimi qiymətləndirilib.

Nasa Yerə yaxın orbitlərə kosmik daşımalarında kömmersiya əsasında partnyor şirkətlərin imkanlarından istifadə etmək qərarına gəlib.

Kaliforniyadakı SpaceX şirkəti ilk belə partnyor olub. Şirkətin hazırladığı kosmik nəqliyyat avadanlığının böyük bir hissəsi, o cümlədən, Falcon raketinində hissələri təkrar istifadə məqsədlidir.

Nasa rəsmilərinin bildirdiyinə görə, bu cür yanaşma kosmik uçuşların xərcini azaltmağa imkan verib.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam