Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Bu gün Baş nazirin müraciəti gözlənilir:karantin rejimi sərtləşdiriləcək

 

 Bu gün Baş nazir Əli Əsədov koronavirusla mübarizəyə görə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı detalları açıqlayacaq.

Yenixeber.org: Operativ Qərargah Azərbaycanda koronavurusa yoluxma hallarının artmasına görə həftəsonu Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq edilməsini, o cümlədən ərzaq dükanları və aptek daxil olmaqla biznes strukturlarının fəaliyyətinin dayandırılmasını təklif edir.

Azərtac bildirir ki, yoluxma intensivliyinin yüksək olduğuna görə qarşıdakı bir və ya iki ay ərzində həftənin iki-üç günü ərzində vətəndaşların küçəyə çıxması, nəqliyyat vasitələrinin hərəkəti və iş rejimi məhdudlaşdırılacaq, mağazalar bağlanacaq.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, son günlər koronavirusa yoluxma sayı artdığı üçün karantin rejiminin yumşaldılması dayandırılır və yenidən məhdudlaşdırma aktivləşdirilir.

"Son günlər yoluxma dərəcəsi artır, sağalanların sayı yoluxanların sayından xeyli geri qalır. Buna səbəb vətəndaşların məsuliyyətsizliyidir. Karantin rejiminin yumşaldılması dayandırılır və yenidən məhdudlaşdırılma aktivləşdirilir. Belə ki, cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunacaq. İctimai və fərdi nəqliyyat hərəkəti, küçəyəçıxma, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq. Bir sözlə tam qapalı rejim yaradılacaq", - İbrahim Məmmədov söyləyib.

                                         İşçilərlə bağlı təkliflər

Ramin Bayramlı deyib ki, səhər və axşam saatlarında işə gələnlərin və işdən çıxanların sayını nizamlamaqla ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün təkliflər var.

Onun sözlərinə görə, təkliflərdə yer alan qaydalar xarici ölkələrdə effektiv nəticə verib.

Cənab Bayramlı qeyd edib ki, təkliflər qəbul olunarsa iş yerlərinə müraciət ediləcək.

Təkliflərə görə, işə gələnlər və işdən çıxanların 3 ayrı qrupa ayrılması nəzərdə tutulur.

                                                     SMS icazələr necə olacaq?

Ramin Bayramlı bildirib ki, həftə sonu qəza, təcili tibbi yardım xidməti, stasionar tibbi xidmət göstərən səhiyyə müəssisələri fəaliyyət göstərəcək.

"Elə istehsalat sahələri var ki, fasiləsiz işləmələri zəruridir. Həmin sahələrdə fəaliyyət göstərən çox məhdud sayda işçilərin SMS vasitəsilə işə çıxmasına icazə verilməsi nəzərdə tutulur. Xatırladım ki, biz sərt karantin rejimində də müəyyən ehtiyaclar üçün evdən çıxmağa görə SMS-lə icazə alırdıq. Lakin bu dəfə fərqlidir. Vətəndaşlar zəruri ehtiyaclarını əvvəlcədən təmin etsinlər.

Şənbə və bazar günləri yalnız xüsusi sağlamlıqla bağlı vəziyyətlərdə, tibb müəssisələrinə müraciət mühüm olan hallarda və zəruri həyati vacib xidmət sahələrində çalışanlara evdən çıxmağa icazə veriləcək. İctimai və şəxsi nəqliyyatın tam şəkildə məhdudlaşdırılması nəzərdə tutulur. Yəni onlardan istifadə mümkün olmayacaq. Yalnız zəruri vacib sahələrdə çalışan şəxslərin onlardan istifadəsinə dair müəyyən istisnalar ola bilər", - cənab Bayramlı bildirib.

                                          Bütün ölkə məhdudlaşdırıla bilər

Ramin Bayramlı həmçinin bildirib ki, bu həftə məhdudiyyətlərin koronavirusa yoluxma sayının çox olduğu narıncı ərazilər üzrə tətbiqi gözlənilsə də, növbəti həftədən bu, bütün ölkəyə aid ola bilər.

Azərtacın məlumatına görə, cənab Bayramlı məhdudiyyətlərin epidemioloji vəziyyətdən asılı olaraq bəzi kəndlərdə də tətbiq olunacağını bildirib.

"Bir necə gündür ki, bəzi kəndlərə giriş-çıxış dayandırılıb. Hətta kəndlər içərisində bəzi yaşayış sahəsinə gediş-gəliş məhdudlaşdırılıb. Həmin kəndlərdə müayinənin nəticəsi pozitiv çıxan şəxslər xəstəxanalara yerləşdirilib, müayinənin nəticəsi neqativ çıxanlar isə karantin rejimində saxlanılır".

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi iyunun 15-dək uzadılıb.

Nazirlər Kabineti mayın 4-dən etibarən xüsusi karantin rejimini bir qədər yumşaldıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam