Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Eldar Mahmudovun uşaqları Londonda 17 milyonluq əmlak alıb

 

 

 Keçmiş MTN naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb.
Yenixeber.org: "The Guardian” qəzeti bu gün apardığı araşdırmaya istinadən xəbər verir ki, bunlardan biri də Londonun məşhur "Harrods” mağazasının yaxınında yerləşən 17 milyon funt sterlinq dəyərində 4 mərtəbəli malikanədir.
"Cayman National Bank (Isle of Man) Ltd (CNBIOM)” şirkətindən 2019-cu ilin noyabr ayında ələ keçirilən və sonradan onlayn olaraq yayımlanan müştəri sənədlərinin keş fayllarına əsasən, Mahmudovun ailəsinin təxminən 100 milyon avroya yaxın bir biznes və əmlak imperatorluğu qurduğu məlum olub. Onun aktivlərinin demək olar ki, hamısı 36 yaşlı oğlu Anar və 31 yaşlı qızı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlər hesabına əldə edilib. 
Anar və Nərgiz Mahmudovun vəkilləri ailənin sərvətinin 19-cu əsrdə milyoner olmuş Aslan Aşurovdan miras qaldığını bildirib. Həmçinin övladların əmlaklarının hamısının lazımi qaydada qeydiyyata alınaraq hesablandıqlarını və Anar Mahmudovun öz işində uğurlu bir biznesmen olduğunu bildiriblər.
Qeyd olunub ki, sızdırılmış sənədlərdə Anarın sərvətinin xalası, Bakıda neft və tikinti şirkəti qurmuş Elmira Mahmudovadan əldə olunduğunu izah edən bir məktub da aşkarlanıb. Eyni zamanda araşdırmada müəyyən edilib ki, Mahmudovlar Malyorka, Lüksemburq və Litvada da mülk və şirkətlərə sahibdirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam