Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda uşaqlar üçün qeyri-adi kitab aksiyası başlayır-FOTO

 

 "Altun kitab” nəşrlər evi "Login" mağazalar şəbəkəsi ilə birgə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bu il də "Sevgi gətir, kitab apar!” adlı layihəyə start verir.

Yenixeber.org: İlk dəfə ötən il baş tutan layihə uşaqların ciddi marağına səbəb olmuş, onlar kampaniyaya böyük həvəslə qatılmışdılar. Bunu nəzərə alan "Altun kitab" nəşrlər evi layihənin bu il də davam etdirilməsinə və ənənəyə çevrilməsinə qərar vermişdir.

Mayın 30-da start veriləcək və iyunun 15-də başa çatacaq kampaniya şərçivəsində uşaqlar öz seçimlərinə görə vətənə, təbiətə, ailə üzvlərinə, dostlarına, eləcə də ədəbi qəhrəmanlar və ya tarixi şəxsiyyətlərdən hər hansı birinə sevgilərini rəsm, şeir, esse, məktub və s. ilə ifadə edərək mağazalarımıza gətirə və əvəzində 2 kitab hədiyyə ala bilərlər.

Hədiyyələrin sayı artıq da ola bilər; məsələn, uşaq həm rəsm, həm şeir gətirirsə, hərəsinə ayrılıqda kitablar hədiyyə verilir.

Sonda toplanan rəsmlər, mətnlər yoxlanılır, aralarından 3-ü seçilir və xüsusi mükafatlandırılır.

Təqdim edilən materiala müəllif haqqında məlumat (ad, soyad, yaş, oxuduğu bağça/məktəb, yaşadığı ünvan, əlaqə nömrəsi) əlavə olunmalıdır.

Bundan başqa, "Login" mağazalar şəbəkəsinin alıcılarını 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü xüsusi sürprizlər gözləyir. Bu sürprizlərin nədən ibarət olduğunu həmin gün mağazalara təşrif buyuran müştərilər özləri görəcəklər.

Ümumilikdə 2000-dən çox kitab və müxtəlif məktəbli ləvazimatlarından ibarət hər iki aksiyanın keçiriləcəyi mağazaların ünvanlarını və əlaqə telefonlarını təqdim edirik:

LOGİN–1: Bakı, Puşkin k., 32, (28 May metrosu) (050) 202-24-10

LOGİN–2: Bakı, X.Məmmədov k., 2944A, (H.Aslanov metrosu) (050) 212-24-10

LOGİN–3: Xırdalan, H.Əliyev p., 167 (AAAF Park) (050) 274-24-10


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam