Redaktor seçimi
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Ağalar Vəliyevin “Kristal Abşeron”u və qalmaqallı tarixçəsi -
Ramin Abdullayev hələ də cəzasız qalıb: Yuxarı instansiyalar cəza tədbiri görə bilmir? -
Günün xəbəri

Zamirə Hacıyeva 30 min funt sterlinqə şirniyyat alıb - ŞOK

 

 

Britaniyanın "The Telegraph” nəşri Beynəlxalq bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londondakı bədxərcliyinə dair növbəti material dərc edib.

Yenixeber.org: Hacıyeva Londonun "Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib. Onların sırasında 4 milyon funt sterlinq "Boucheron” zinət əşyasına xərclənib. 1.75 milyon funt sterlinqə isə "Cartier” saatı və zinət əşyası alınıb. 1 milyon isə "Harrods”un uşaq oyuncağı bölməsində xərclənib. Adi bir oyuncağa 790 min funt sterlinq ödənilib. Zamirə 250 min funt sterlinqi parfümeriya şöbəsində xərcləyib.

Hacıyeva yüz minlərlə funt sterlinqi paltara xərcləyib. "Dennis Basso”dan paltara 131.300 funt sterlinq, "Celine”dən alınan mallara 144 min funt sterlinq, "Fendi”dən alınan paltarlara 136 min, "Christian Dior”dan olan mallara isə 143 min funt sterlinq xərclənib. Maraqlıdır ki, bunların hamısı 1 dəfəyə xərclənib.

"Godiva” şokolad şəbəkəsində Zamirə 30 min funt sterlinqlik şirniyyat alıb. 2400 funt sterlinq isə çaxır və spirtli içkiyə xərclənib. Bəzi tranzaksiyalar pulun məhz nəyə xərcləndiyini göstərmir. "Harrods” univermağında olan sxema əsasən, il ərzində 10 min funt sterlinqdən çox alış-veriş edən müştərilər mükafatlandırılır. Varlı müştərilərin xərclədiyi hər funta 3 bal verilir. 500 bal isə kart sahibinə 5 funt qazandırır. Bu səbəbdən 16 milyon xərcləyən Zamirə 480 min funt sterlinqlik bonus qazanıb.

Britaniya hökuməti 55 yaşlı Zamirənin "Harrods”un bir neçə dəqiqəliyində yerləşən 11.5 milyonluq evi və 10.5 milyonluq qolf-klubu necə aldığını bilmək istəyir. Ev 2009-cu ildə Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçmiş şirkət tərəfindən alınıb. Hazırda qiyməti 15 milyon funt sterlinqdir. Qolf-klub isə 2013-cü ildə Hernsi adasında qeydiyyatdan keçən şirkət tərəfindən alınıb. Amma müstəntiqlərin fikrinə görə, hər iki obyekt Hacıyevlərə məxsusdur.

Varlı investorlar üçün nəzərdə tutulmuş Britaniya vizasını əldə etmək üçün isə Hacıyeva İsveçrə bankında 1 milyon funt sterlinqdən çox pul olan hesabını təqdim edib. Xanım tərəfindən 1 milyondan çox pul Britaniyanın dövlət istiqrazlarına yatırılıb.

Sənədlərdə həm də İtaliyanın Sardiyina adasında 15 milyona və 5 milyona olan iki ev, Bakıda dəyəri iki milyon olan bir evin də adı keçir.

Müstəntiqlərin fikrinə əsasən, Hacıyevlər cütlüyü "Gulfstream G550” təyyarəsinə 33 milyon avro ödəyiblər. Qeyd edilir ki, Zamirəyə nə vaxtsa təcili pul lazım olduğu üçün 2016-cı ildə 3 milyonluq zinət əşyasını satıb.(ölke)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam