Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ordumuz gücünə görə Cənubi Qafqazda 1-ci, dünyada 52-ci yerdədir

 

 

Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.

Yenixeber.org: Bu barədə “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı yeni hesabatda bildirilib. 

Təşkilatın 2019-cu il üzrə siyahısında Azərbaycan Ordusu gücünə görə 52-ci yeri tutub. Cənubi Qafqazın digər ölkəsi Gürcüstan dünyada 85-ci sırada qərarlaşıb, Ermənistan isə 96-cı yerdədir.

Dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələridir. Hərbi gücünə görə, Rusiya 2-ci, Çin 3-cü, Hindistan 4-cü, Fransa 5-ci, Yaponiya 6-cı, Cənubi Koreya 7-ci, Böyük Britaniya 8-ci sıradadır. 

Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu güclü ordusudur. Türkiyə ordusu NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir.

İlk onluğa daxil olan sonuncu ölkə isə Almaniyadır. 

İran isə siyahıda 14-cü yeri tutub.

137 ölkənin daxil olduğu siyahıda sonuncu yerdə Butandır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam