Redaktor seçimi
“Azərsu” ASC qohumbazlıq burulğanında necə “batır”?!: Köçərli Həsənovun “hər saatda bir saatlılı” prinsipi –
Həqiqət Şükürovanın icra başçısı Azər Qocayev və Həbib Misirovla SENSASİON SƏS YAZISI -
“İki dövlət bir millət” qardaşlığının Qordi düyünü: Qarabağı inşa edənlər xidmət haqlarını niyə ala bilmirlər? -
KEÇMİŞ OLİQARX NAZİRLƏRİN DƏBDƏBƏLİ HƏYATI... -
Azərbaycan KİV-də korrupsiyanın ifşası
nədən zərurətdir? -
Dövlət siyasətinin təbliğat maşınında naşı "şofer" oturub! -
Texniki baxışı niyə yol polisi keçirir -
Günün xəbəri

Azərbaycan Ordusunun 100 ili -VİDEOREPORTAJ

Azərbaycan Ordusunun 100 ili - VİDEOREPORTAJ
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Azadlıq Meydanında hərbi parad keçirilib.
Yenixeber.org: Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edib.



Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub. Paradda həmçinin Türkiyə Respublikası, Pakistan İslam Respublikası, Belarus Respublikası, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran İslam Respublikası, İsrail, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxıblar.

Həmçinin paradı minlərlə paytaxt sakini izləyib.

Hərbi Parad başa çatdıqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” qrupları Bakı buxtası üzərində uçuşlar edib. Belə ki, “Solo Türk” qrupuna daxil olan 2 ədəd "F-16" tipli və “Türk Ulduzları” qrupuna daxil olan 7 ədəd F-5 tipli təyyarələr Bakı səmasında nümunəvi uçuşlar həyata keçiriblər.(azvision)

Anar Kəlbiyev
Video: Əhməd Xəlilov/Bəxtiyar Məmmədov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam