“Cənubi Qafqazın hər üç ölkəsində regionda sülh bərqərar olacaq"
“ABŞ Prezidentinin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilən sülh regionun inkişafına töhfə verəcək”.
Yenixeber.org: Erməni mediası bildirir ki, bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan gürcü həmkarı Maka Boçorişvili ilə görüşdən sonra deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında "Tramp marşrutu" əsasında əlaqələrin bərpası irəliləyiş əldə etməyə imkan verəcək.
"Nəticədə, Cənubi Qafqazın hər üç ölkəsində regionda sülh bərqərar olacaq", - Mirzoyan əlavə edib.










AZ
RU