Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Qonşu ölkədə su qıtlığı yaşanır...

İranda qorxulu xəbərdarlıq: “İki həftə sonra su yoxdur!”

İranda son onilliklərin ən güclü quraqlığı yaşanır.

Yenixeber.org: Quraqlıq paytaxt Tehranda içməli su böhranına səbəb olub.

Dövlət mediasının məlumatına görə, şəhərin əsas su mənbələri kritik səviyyəyə düşüb və mövcud ehtiyatlar cəmi iki həftəyə çatacaq.

“Əl-Cəzirə” telekanalı bildirir ki, Tehranı içməli su ilə təmin edən beş əsas bənddən biri olan Əmir Kəbir (Kərrac) su anbarı hazırda cəmi 14 milyon kubmetr su saxlayır. Bu, anbarın ümumi tutumunun cəmisi 8 faizinə bərabərdir.

Tehran Su Təchizatı Şirkətinin direktoru Behzad Parsa IRNA-ya bildirib ki, bu qədər su paytaxt əhalisinin yalnız iki həftəlik ehtiyacını ödəyə bilər.

Rəsmi məlumatlara əsasən, ötən il eyni vaxtda bu anbarda 86 milyon kubmetr su mövcud idi. Parsa deyib ki, bu il Tehranda yağıntı miqdarı 100 faiz azalıb, yəni bölgədə demək olar ki, heç bir yağış qeydə alınmayıb.

Tehranın əhalisi gündə orta hesabla 3 milyon kubmetr su istehlak edir. Böhran səbəbindən hökumət son günlər bir neçə rayonda su təchizatını dayandırıb.

Mütəxəssislər xəbərdarlıq edir ki, davamlı iqlim dəyişikliyi, azalan yağıntılar və artan əhali ölkəni su fəlakətinə sürükləyir. Hazırda hökumət suyun rasionlaşdırılması və yeni su mənbələrinin axtarışı ilə bağlı təcili plan üzərində işləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam