Türkiyəni tərk edən suriyalı qaçqınların sayı AÇIQLANDI

2024-cü il dekabrın 8-də Suriyada hakimiyyət dəyişikliyindən bəri təxminən 550 000 suriyalı qaçqın Türkiyədən könüllü olaraq vətənlərinə qayıdıb.
Yenixeber.org: Bu barədə Türkiyə mətbuatı yazıb.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sərhədyanı Kilis vilayətinə səfəri zamanı bildirib ki, 2016-cı ildən bəri Türkiyədən Suriyaya 1,29 milyon insan qayıdıb: "Əsas prioritetimiz suriyalı qardaşlarımızın ləyaqətli və təhlükəsiz qayıtmasını təmin etməkdir".
O, Suriya münaqişəsinin başlanğıcından Türkiyənin humanitar prinsipləri və qaçqınların hüquqlarına hörmətlə yanaşmasını rəhbər tutduğunu vurğulayıb.
"Ankaranın qeyri-qanuni miqrasiyaya yanaşması bütün dünya üçün nümunəyə çevrilib", - nazir əlavə edib.










AZ
RU