Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

İlon Mask Partiya yaradır...

İlon Mask siyasi partiyasını yaradıb

Tanınmış iş adamı İlon Mask Amerika Partiyasının (AMEP) qeydiyyata alınması üçün ABŞ Federal Seçki Komissiyasına müraciət edib.

Yenixeber.org: Məlumata görə, sənəd ABŞ Federal Seçki Komissiyasının saytında yerləşdirilib.

Ərizə iyulun 6-da təqdim edilib.

Planetin ən varlı adamı, əvvəllər ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə rəhbərlik etmiş milyarder İlon Mask siyasi partiyasını yaratdığını elan edib.

Bu barədə sahibkar “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Mask ABŞ-nin təkpartiyalı sistemə malik olduğunu vurğulayıb.

"İkidən 1 fərqlə, yeni siyasi partiya istəyirdiniz və olacaq. Ölkəmizin xərclər və rüşvətxorluq üzündən iflasa uğradığı bir vəziyyətdə məlum olur ki, biz demokratiya deyil, birpartiyalı sistemdə yaşayırıq. Bu gün "Amerika Partiyası" azadlığınızı sizə qaytarmaq üçün quruldu", - o yazıb.

Bundan əvvəl Mask öz səhifəsində səsvermə keçirərək, oxuculara “Amerika” partiyası yaratmalıyıqmı?” sualını verib. Sorğuda 1,2 milyondan çox istifadəçi iştirak edib, onların 65,4 faizi yeni partiyanın yaradılmasına səs verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam