Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Xankəndidə həyəcan: “Qızıl Xaç”ın maşınlarından Türkiyə malları çıxdı

Xankəndidə həyəcan:    “Qızıl Xaç”ın maşınlarından Türkiyə malları çıxdı
Xəbər verildiyi kimi, Ermənistan və Azərbaycan arasında gedən uzun müzakirələrdən sonra sentyabrın 18-də - bazar günü Ağdam və Laçın yollarından paralel istifadə etməklə yüklərin Xankəndi şəhərinə çatdırılması təmin edilib.
Yenixeber.org: Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) iki avtomobilindən biri Ağdam-Xankəndi, digəri isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda hərəkət edib. Nəticədə Ermənistanın Azərbaycana qarşı “blokada” ittihamlarının heç bir əsası olmadığı bir daha təsdiqlənib.
“Hraparak”ın məlumatına görə, Ağdam yolu vasitəsilə Xankəndiyə aparılan yük gigiyena vasitələri, Laçın yolu ilə aparılan yük isə undan ibarət olub.
Qeyd edilir ki, ermənilər Ağdam yolu vasitəsilə Xankəndiyə gələn maşınlarda yüklərin sırf Rusiya istehsalı olan məhsullardan ibarət olacağını gözləyirmişlər. Lakin mallar arasında Türkiyədə buraxılan uşaq bezlərinin olması erməniləri həyəcanlandırıb.
“Hraparak” yazır ki, dünən Xankəndidə ermənilər Türkiyə malllarının yandırılmasına çağırış ediblər.
Separatçıların rəhbərliyi Ağdam yolu ilə gətirilən Türkiyə mallarının yalnız ekspertizadan sonra paylanacağını elan edib. (Modern)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam