Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Azad Jurnalistlər Təşkilatı Əvəz Zeynallı ilə bağlı BƏYANAT YAYDI -MƏTN

Azad Jurnalistlər Təşkilatı (AJT) “Xural TV”-nin rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan jurnalist Əvəz Zeynallının həbsi ilə bağlı bəyanat yayıb.

Yenixeber.org: Bəyanatda qeyd olunur ki, AJT ayrı-ayrı vəzifəli şəxslərin neqativ əməllərini çəkinmədən tənqid  edən Əvəz Zeynallının həbs olunmasını, ilkin istintaqın az qala qapalı aparılmasını, ümumiyyətlə bu şübhəli həbsi qətiyyətlə pisləyir, jurnalistin həbsinin ölkəmizin beynəlxalq imicinə mənfi təsirindən narahatlıqını ifadə edir. Təşkilat mülki qaydada araşdırılmalı olan bu olayın  cinayət təqibi kimi tövsif olunmasına təəssüflənir və bunu hansısa revanşist dairənin hüquq-mühafizə orqanlarına təsirinin əlaməti kimi qiymətləndirir. Çünki jurnalistə ilk əvvəl şahid qismində saxlanıldığı bildirilsə də, sonradan Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər "yamaq" maddələrlə ittihamı irəli sürülüb.

Məhkəmə prosesində Əvəz Zeynallı ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, həmin ittihamların şər və böhtan olduğunu bildirir. AJT tənqidi çıxışlarına görə bu gün məhbəs həyatı yaşayan Əvəz Zeynallının həbsinin sifarişli, şübhəli və ədalətsiz olduğunu düşünür, eyni zamanda Ağır Cinayətlər Məhkəməsində  mübahisələndirilən ittiham aktının obyektiv, şəffaf araşdırılmasına və ədalətli məhkəmə qərarının çıxarılmasına ümid edir və hökuməti buna çağırır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam