Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Vaşinqton Suriyadakı hərbi mövcudluğunu azaldır? -RƏSMİ AÇIQLAMA

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ prezidenti Co Baydenin İranla bağlı hücumlardan sonra ABŞ əsgərlərini Suriyada saxlamaqda qərarlı olduqlarını bildirib.

Yevixeber.org: Con Kirbi ABŞ əsgərlərinin bölgədəki vəzifələrini davam etdirəcəyini bildirib.

"Prezident Co Bayden İranın dəstəklədiyi hücumlardan sonra ABŞ əsgərlərini Suriyada saxlamaqda qərarlıdır. Suriyada mindən az əsgərimiz var və onlar çox azalsa da, hələ də aktiv olan İŞİD-in ardınca gedirlər. Əsgərlərimizi və obyektlərimizi müdafiə etmək üçün hər zaman hərəkətə keçəcəyik. Biz burada bu həftə göstərdik ki, ABŞ xalqımızı qorumaq üçün həmişə qətiyyətlə hərəkət edəcək" - Kirbi deyib.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) dünən yerli vaxtla saat 13.30 radələrində İrana məxsus bir kamikadze təyyarəsinin Hasəkədə terror təşkilatı İŞİD-ə qarşı beynəlxalq antiterror koalisiyasına aid obyektə hücum etdiyini açıqlayıb. Hadisə nəticəsində bir amerikalı müqaviləli hərbçi ölüb, beş hərbi qulluqçu və bir amerikalı müqaviləli hərbçi yaralanıb. ABŞ-ın müdafiə naziri Lloyd Ostinin açıqlamasına görə, İrana məxsus pilotsuz uçan aparatla hücuma cavab olaraq ABŞ Suriyanın şərqində İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) bağlı qrupların istifadə etdiyi obyektlərə hava zərbələri endirib.

İran Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Xosrəvi Suriyada İrana bağlı bazalara edilən hücumlara dərhal cavab veriləcəyini bildirib.

O, ABŞ qüvvələrinin Suriyada mövcudluğunun qeyri-qanuni olduğunu bildirib: “İran terrorla mübarizə və Suriyada sabit təhlükəsizliyin bərqərar olması üçün çox çalışıb və bu ölkənin sabitliyinə xələl gətirən istənilən hərəkətə qarşı çıxacaq. Suriyada İŞİD və terrorla mübarizə məqsədilə bu ölkə hökumətinin tələbi ilə yaradılmış bazalara hücum üçün istənilən bəhanəyə dərhal cavab veriləcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam