Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

83 yaşlı kor şəxsin gözləri açıldı -Dünyada ilk

83 yaşlı kor şəxsin gözləri açıldı

Dünyada ilk dəfə tətbiq edilən əməliyyatla İtaliyada 83 yaşlı kor şəxsin görmə qabiliyyəti bərpa olunub.

Yenixeber.org: Əməliyyat zamanı bütün göz səthi (buynuz qişa, skleranın bir hissəsi və konyunktiva) bir gözdən digərinə köçürülüb.

Xəstəxanadan verilən yazılı açıqlamada bildirilib ki, Molinette Hospital Oftalmologiya Klinikasının Direktoru və Retina Cərrahiyyəsi Mütəxəssisi Prof. Michele Reibaldi və Prof. Vincenzo Sarnicola 4 saatlıq əməliyyatla bütün göz səthini (buynuz qişa, skleranın bir hissəsi və konyunktiva) bir gözdən digərinə köçürüb.

“Əməliyyatdan iki həftə sonra xəstənin görmə qabiliyyəti bərpa edildi və köməksiz hərəkət edə bilir. Son dərəcə həyəcanlıyıq və sağ gözdə qalıcı müvəffəqiyyət gözləyirik. Çünki bu göz xəstənin gözündə toxumalar yenidən bərpa edilib”, - məlumatda qeyd edilib.

30 il əvvəl sol gözü tutulan, son 10 ildə isə sağ gözündə görmə qabiliyyətini itirən, adı açıqlanmayan xəstə “Barmaqlarımı və əllərimi görmək yenidən doğulmaq kimi idi”, - deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam