Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Peskovun yeni sərvətləri ortaya çıxdı -daşınmaz əmlak aşiqi imiş

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun yeni sərvətləri aşkar olunub.

Yenixeber.org: Xarici agentliklərin yaydığı xəbərə görə, Kreml sözcüsünün Moskvada, hökumət evinin yaxınlığında mənzili olduğu ortaya çıxıb. Peskovun həyat yoldaşı ilə birlikdə 1,7 milyard rubldan (təqribən 22 milyon 200 min ABŞ dolları-red.) çox dəyərdə əmlaka sahiblik etdiyi bildirilir.

Qeyd edək ki, Rusiya Dövlət Reyestr Xidməti (Rosreyestr) mənzil sahiblərinin məlumatlarını göstərməyi dayandırıb. Bunu ən çox korrupsioner deputat və dövlət adamlarının istədiyi məlum olub. Lakin müstəqil mətbuat Kreml çevrəsinin aktivlərini ifşa etməkdən çəkinmir.

Məlum olub ki, bu günlərdə Stalinin hakimiyyət metodlarını təqdir etdiyini söyləyən Peskov Moskvanın prestijli və bahalı məkanlarından sayılan Arbatın yaxınlığında məskunlaşıb.

Peskovun Novovaqankovski zolağı, 22 ünvanında 113 kvadratmetrlik mənzili olduğu qeyd edilir. Kreml sözcüsü uzun illər bunu bəyannamədə göstərsə də, yaşayış yerinin yeri, dəqiq ünvanı bilinməyib. Bina Peskovun 2008-2012-ci illərdə işlədiyi hökumət evinin yaxınlığında yerləşir. Bu evdə oxşar ərazidəki mənzil 68 milyon rubla (təqribən 870 min ABŞ dolları) satılır. Kreml məmurunun rəsmi bilinən 112 kvadratmetrlik başqa mənzili var ki, onun yeri hələməlum deyil. Lakin Peskovun daşınmaz əmlaka “sevgisi” təkcə göstərilən obyektlərlə kifayətlənmir.

Peskov həyat yoldaşı Tatyana Navkanın iki torpaq sahəsi və iki malikanə aldığı Novaya Riqa şossesində malikanədə yaşayır. Kremlin mətbuat katibi öz bəyannaməsində həmin əmlakdan istifadə etdiyini göstərib. Aleksey Navalnının Korrupsiiya ilə mübarizə fondu Novaya Riqadakı həmin mənzili 20 milyon dollar, yəni 1,2 milyard rubl qiymətləndirib.

Moskva şəhərinin mərkəzi inzibati dairəsinə bağlı Bolşaya Yakimanka küçəsindəki “Kopernik” yaşayış kompleksində beşotaqlı mənzil də Tatyana Navkaya məxsusdur. Orada kiçik mənzillər 285 milyon rubla (təqribən 3 milyon 711 min ABŞ dolları) satılır . Bundan əlavə, Tatyana Navkanın” Polyanka Plaza” lüks yaşayış kompleksində mənzili var (qiyməti təxminən 100 milyon rubl- 1 milyon 302 min ABŞ dolları).

Yəni ümumi hesbalamalara görə, bir neçə mənzilin və torpaq sahəsi olan obyektlərin ümumi dəyəri 1,7 milyarddan çoxdur. 

Putinin spikeri bir çox digər məmurlar kimi mənzilləri “maraqlı gözlərdən” gizlətmək qərarına gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam