Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ət yenə də bahalaşdı - VİDEO

Azərbaycanda ətin kilosu 20 manat oldu

Azərbaycanın bölgələrində ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb.

Yenixeber.org: Cəlilabaddakı satıcılar bilrdirirlər ki, bir neçə gündür  bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub. Buna səbəb diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır.

Tovuzda yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəzyyəti təsərrüfat sahiblərinin diri heyvanı  baha satması ilə əlaqələndirirlər.

Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir. Satıcıların sözlərinə görə, qiymət artımı satışa da ciddi təsir göstərib. Bildirilir ki, qiymət artımı tələbatın azalmasına səbəb olub.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:(Xezerxeber)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam