Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

SOCAR-ın fəhlələri tətil edir -SƏBƏB

 

Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda yerləşən SOCAR limanında “Üstay” şirkətində çalışan subpodratlı işçilərin maaşlarının artırılması tələbi ilə işləməyi dayandırdıqları iddia olunur.
Yenixeber.org: Bu barədə feysbukdakı “İşçinin səsi” səhifəsi məlumat yayıb.

İddiaya görə, limanda texniki xidmət və təmir işlərində çalışan 150-yə yaxın işçi maaşlarının 40-50 faiz artırılmasını tələb edir:
“İşçilərin etiraz tətili səbəbindən “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan “Petkim” şirkəti fəaliyyətini müvəqqəti dayandırmaq məcburiyyətində qalıb.
Keçən həftə qısa müddətə işləməyi dayandıran işçilər şirkət rəsmilərinin “gələn həftə məlumat veriləcək” deməsindən sonra işlərinə davam ediblər. Bu gün səhər saatlarında onlara heç bir izahat verilmədiyini bildirən işçilər işi dayandırmaq qərarına gəliblər.
Fəhlələr öz aralarından seçdikləri nümayəndələr vasitəsilə müdirlərlə əlaqə saxlayaraq əməkhaqlarının artırılması ilə bağlı müraciətlərini şirkətə çatdırıblar. Şirkət rəsmiləri sabah keçiriləcək iclasdan sonra nəticənin işçilərə bildiriləcəyini deyiblər. İşçilər sabah çıxacaq nəticəni gözləyərkən bu gün işləməmək qərarına gəliblər”.
İddialarla bağlı SOCAR-ın tələbi əsasında aidiyyəti şöbəyə rəsmi müraciət ünvanlanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam