Redaktor seçimi
ADAU qohumbazlığın girovuna çevrilib -
İsveç NATO-ya girmək istəmirmi? -
Qorxulu Tehran:
General İsmayıl Hüseynov bu sahədə monopoliya yaradır -
İkinci 44 günlük “savaş” -
75 şüşə konyak, 7500 dollarıq yəhər, oraq-çəkicli telefon –
Ziyəddin Əliyevin Avstriyada da biznesi aşkar edildi -
Azad edilən su ehtiyatlarını yenidən "işğal edənlər" -
Günün xəbəri

ƏLİ HƏSƏNOVUN «AZƏRBAYCAN» NƏŞRİYYATINDAN ƏLƏ KEÇİRDİYİ ƏRAZİLƏR VƏ OBYEKTLƏR GERİ QAYTARILIB

 

 Xəbər verdiyimiz kimi, dünən "Azərbaycan" nəşriyyatında uzun illərdir fəaliyyət fəaliyyət göstərən redaksiyaların çoxsaylı jurnalistləri və rəhbər şəxsləri icarə haqlarının heç bir səbəb olmadan süni qaldırılmasına etiraz əlaməti olaraq tədbir keçirdilər.

Yenixeber.org: Tədbir nəşriyyatın qarşısında baş tutdu. Çoxsaylı qəzet, sayt və internet TV-lərin də əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edənlər «Azərbaycan» nəşriyyatının keçmiş rəhbəri Ağabəy Əsgərovdan və Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovdan miras qalmış təmirsiz, biabırçı otaqlara görə qiymətlərin təxminən 60 faiz qaldırılmasının yolverilməz olduğunu bildirdilər. Və etirazçılar bu məsələnin tezliklə həll olunacağına ümid etdiklərini qeyd etdilər… Az sonra «Azərbaycan» nəşriyyatı baş direktorunun müavini Anar Həsənov və aidiyyəti şöbə müdirləri etirazçıların bir qismi ilə görüş keçirdi. Görüşdə iştirak edən «Təzadlar»ın baş redaktoru Asif Mərzili KİV-lərə açıqlamasında bildirdi ki, söhbət anlaşıqlı keçdi və baş direktorun birinci müavini məsələnin həllinə kömək ediləcəyinə vəd verdi: «…Bildiyiniz kimi, bir neçə saat sonra “Azərbaycan” Nəşriyyatının baş direktorunun müşaviri Rövşən Şıxlı problemin artıq həllini tapdığı barədə APA-ya açıqlama vermişdir... Minnətdarlıq edirik ki, problem operativ həllini tapdı. Ən maraqlısı, biz baş direktorun birinci müavini Anar Həsənovla görüşəndə olduqca maraqlı bir faktın da şahidi olduq. Belə ki, mən nəşriyyatın vaxtilə balansında olmuş istehsalat sahələrinin Prezidentin sabiq köməkçisi Əli Həsənov tərəfindən zəbt olunub özəlləşdirilərək BMM və digər tikinti sahələri inşa etdirdiyini və s. qeyd etdim. Direktor müavininə xatırlatdım ki, həmin bahalı obyektlərdən gələn qazanc «Azərbaycan» nəşriyyatına yönəldilsə, uzun illərdir nəşriyyatda çalışan KİV redaksiyalarının icarə haqqını qaldırmağa da zərurət yaranmaz… Bu zaman bizi dinləyən rəhbər heyyət aydın şəkildə bildirdi ki, Əli Həsənovun zəbt etdiyi həmin ərazilərin hamısı Prezident Administrasiyası İşlər İdarəsinin müvafiq qərarı ilə nəşriyyatın balansına qaytarılıb… Mən eyni zamanda sabiq direktor Ağabəy Əsgərovun zamanında nəşriyyatın ərazisində lövbər salmış iaşə və tikinti-təmir və s. yönümlü kommersiya qurumlarının da olduğunu xatırlatdım. Bununla bağlı da bildirildi ki, PA-dan gələn tapşırığa əsasən, artıq həmin kommersiya qurumlarının ərazidən çıxarılmasına qərar verilib…».

Elçin Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam