Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Türkiyə yeni hərbi əməliyyata hazırlıqları artırıb -Yerli sakinlərə çağırışlar edilir

Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat təşkil etmək planları beynəlxalq ictimaiyyətin gündəmindən düşməsə də, Suriya mediası mövzu ilə bağlı diqqətçəkən xəbər yayıb.

Yenixeber.org: Suriyanın rəsmi xəbər agentliyi olan SANA Türkiyənin əməliyyata hazırlıqlarını sürətləndirdiyini və bölgədəki insanlara evdən çıxmamaları ilə bağlı xəbərdarlıq edildiyini iddia edib.

Belə ki, SANA-ya danışan yerli mənbələr Suriyadakı türk əsgərlərinin məscidin səsgücləndiriciləri vasitəsilə Hələbin Cerablus yaxınlığında yaşayan insanlara əməliyyata hazırlıq səbəbilə evlərini tərk etməməyə çağırdığını bildirib.

Mənbələr sərhədə yaxın ərazilərdə çoxlu sayda türk pilotsuz təyyarəsinin göründüyünü, Türkiyə qüvvələrinin isə Haseke, Rakka və Hələbdəki sərhəd bölgələrinə sürətlə yerləşdirildiyini xüsusi vurğulayıblar.

Xatırladaq ki, Türkiyənin Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı yeni əməliyyat təşkil etmək planı uzun müddətdir gündəmdədir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə verdiyi açıqlamada, “Suriyada terror təşkilatının yuva qurduğu son əraziləri də təmizləyərək təhlükəsizlik kəmərinin halqalarını yaxın zamanda birləşdirəcəyik”,- deyə bildirmişdi.

Onu da qeyd edək ki, Türkiyənin əməliyyatına qarşı çıxan Suriya son zamanlar sərhəddə hərbi varlığını artırıb.

Suriyanın müdafiə naziri Əli Mahmud Abbas son olaraq “ABŞ və Türkiyənin Suriyanın bəzi bölgələrində mövcudluğuna son qoymalı olduğunu vurğulayırıq. Əgər onlar geri çəkilsələr, hökumət də bu bölgəyə nəzarətini təkmilləşdirə və talanlara məruz qalan öz milli resurslarımıza sərmayə qoya bilər”,- deyə bildirib.

Bununla belə, Suriya hökuməti açıqlamalarında səmimi deyil. Bu ərazilərdən Türkiyəyə qarşı terror mənbəyi kimi istifadə edilir. Bəşər Əsəd hökuməti Türkiyənin oranı tərk etməsini istəyir ki, sonradan müxalif qüvvələrə divan tutsun.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam