Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

İŞ ADAMININ ÖLÜM İŞİNDƏ YENİ FAKTLAR... - Polislərin səs yazısı yayıldı +AUDİO

Şəmkir rayon sakini, tanınmış iş adamı Arzu Cabbarovun ölümündə iştirak edən polis əməkdaşlarının səs yazısı yayılıb. Xatırladaq ki, bu hadisə bu ilin may ayının 7-də baş verib.

Yenixeber.org: Hadisənin iştirakçısı olan Yeganə Yusifova mediaya açıqlamasında hər şeyin Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən planlaşdırıldığını, A.Cabbarovun isə onlardan biri-Feyruz tərəfindən şüşə parçası ilə damarlarının kəsildiyini iddia edib.İş adamı xəstəxanaya aparılıb və qısa müddət sonra orada dünyasını dəyişib.

Arzu Cabbarova qarşı “əməliyyatda” məqsədin onun Y.Yusifova ilə intim görüntülərini yaymaqla şantaj edərək külli miqdarda pul tələb etmək olduğu bildirilir. Y.Yusifovanın iddialarına görə, polislər iş adamından alacaqları vəsaitdən ona da 7 min manat verməyi vəd ediblər.

Ancaq məlum oldiği kimi, polislərin planı baş tutmayıb, qarşdurma yaranıb və sonda iş adamı həlak olub.

Hadisənin şahidi Y.Yusifova deyib ki, polis A.Cabbarovun guya onunla mübahisə edərkən xəsarət aldığı barədə görüntü yaratmağa çalışıb. Bu məqsədlə də polis əməkdaşları tərəfindən döyüldüyünü, ekspertizanın qeydə alması üçün müxtəlif bədən xəsarətləri yetirildiini bildirir.

DİN-dən isə bu iddiaların əsassız və böhtan xarakterli olduğu bildirilib.

Ancaq bugünlərdə Y.Yusifova bu iddiasını təsdiq edən səs yazılarını yayıb. Orada Y.Yusifova ilə danışan polis əməkdaşı ona müxtəlif vədlər verir, özünü "möhkəm saxlamağı" tapşırır, bir müddət sonra hər şeyin sakitləşəcəyini deyir. Y.Yusifova isə bildirir ki, heç vaxt onları satmaz, daha sonra ondan pul istəyir.

Səs yazısında qadının sonradan polislər tərəfindən qəsdən döyüldüyünütəsdiq edən belə bir dialoq da var:

- Yazdımı onu? (ekspertin xəsarətləri qeydə almasından söhbət gedir-red)

- Ciyərimin üstünü?

- Hə.

- Hə yazdı, dizimi, haranı yumruqlamışdı oranı, cırmaqlanan yerləri... Orada deyildinmi?

- Onu bildim, dedim görüm o birini də yazıbmı?

- Namiq də gəldi, cırmaq izlərini yazdı. Etiş qıçımı, kürəyimi vurub göyərtməmişdimi, sağ tərəfi...İkisini də yazdı. O biri nə yazmışdısa, bu da onu yazdı...

Səs yazılarını təqdim edirik:(azpolitika)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam