Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tək deputat maaşı ilə Fəzail Ağamalı bu qədər mülkü necə əldə edib? –SİYAHI

Son günlər Milli Məclisin deputatı Fəzail Ağamalı açıqlamaları ilə “xalqın dostu” imicini yaratmağa çalışır. Deputat bu açıqlamaları ilə, görünür, mətbuatda və sosial şəbəkədə siyahısı yayılan mülklərini, biznesini ört-basdır etməyə çalışır.

Yenixeber.org: Fəzail Ağamalının mülklərinin sosial şəbəkədə yayılan siyahısını təqdim edirik:

1. “BUTA” bağçaları (qızı Günay Ağamalının adına)
2. Novxanıda villa (öz adına)
3. Novxanıda villa (oğlu Elçinin adına)
4. Nərimanov rayonu, M.Əlizadə küçəsində 2 mənzil
5. M.Araz küçəsində 2 mənzil
6. Çınqıl zavodu
7. Neftçala rayonunda şadlıq sarayı
8. “555” nömrəli bahalı avtomobillər
9. Ukraynada meyvə biznesi
10. Atatürk prospektində villa
11. Şəhərin bir neçə yerində təzə binalarda mənzillər
12. Xətayi rayon məhkəməsinin binası (icarədədir, F.Ağamalıya məxsusdur)
13. Boru sexləri (oğlu idarə edir) və s.
14. Salyan və Neftçala rayonlarında yüzlərlə parnik, obyekt və yük maşınları.

Bu gün hər kəsi maraqlandıran məsələ deputatın bu qədər mülkü hardan və necə əldə etməsidir. Əslində deputat Fəzail Ağamalının məmurlara verdiyi sualı onun özünə vermək lazımdır. Görəsən, tək deputat maaşı ilə Fəzail Ağamalı bu qədər mülkü necə əldə edib? Ən önəmlisi isə odur ki, məmurlara vəzifədən getməyi məsləhət görür, lakin özü nədənsə 2020-ci ilin parlament seçkilərində seçicilər tərəfindən rüsvayçılıqla qovulduğunu yada salmaq istəmir.

Qeyd edək ki, seçkilər zamanı sayı 50-ni keçməyən bir qrup insan Fəzail Ağamalıya qarşı çıxaraq, onun yenidən deputat kimi namizədliyini irəli sürdüyünə görə etiraz etmişdi.(sonxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam