Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Qara bazar”ın qaranlıq hamiləri-RƏYLƏR

            Devalvasiya üçün real zəmin yoxdur, amma maraqlı qüvvələr ona hazırlıq görür

Yenixeber.org: Bu günlərdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mətbuata bildirib ki, valyuta satışında “qara bazar”ın çiçəklənməsində maraqlı olan qüvvələr var. “Ölkədə ajiotajı yaradan “qara bazar”lardı. Çünki bu, onlar üçün qazanc yeridir, onun yaxşı işləməsi üçün mütəmadi olaraq belə informasiyaları tirajlayırlar. Ola bilər ki, bəzi bank filiallarının “qara bazar”la əlaqəsi var və dolları bankda yox, əl altdan baha qiymətə satırlar. “Qara bazar”a “krışalıq” edən məmurlar var. Bunlar faktlardı”, – millət vəkili vurğulamışdı.

V. Əhmədov Mərkəzi Banka və hüquq-mühafizə orqanlarına çağırış edərək, “qara bazar” məsələsini son qoymağa çağırmışdı: “Niyə “qara bazar”da istənilən qədər valyuta olmalıdır, amma bankda yox? Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Bunu normal tənzimləmək lazımdır ki, ajiotaj yaranmasın”.

Qeyd edək ki, 2015-ci ildə baş verən devalvasiyadan sonra ölkədə sərbəst valyuta satışı qadağan edilib. 2016-cı ilin yanvarında Azərbaycanda fəaliyyət göstərən banklar filial və şöbələrindən kənarda fəaliyyət göstərən mübadilə şöbələrini bağlayıb. Bu addım Mərkəzi Bankın İdarə Heyətinin təsdiqlədiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”na əsasən atılıb.

Bu qaydaya əsasən, mübadilə şöbəsi bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılır və Mərkəzi Bank tərəfindən verilən icazə əsasında fəaliyyət göstərir. Beləliklə, bu qəbildən olan valyutadəyişmə məntəqələrinin lisenziyası ləğv olunub. Həmin dövrdə banklardan kənar valyuta satışı ilə bağlı qadağalar müvafiq qanunvericiliyə də daxil edilib.  

Hüquqşünas Hafiz Həsənov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 430.1.-ci maddəsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan qanunvericiliyini pozmaqla, valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. “Həmin Məcəllənin 430.3.-cü maddəsinə görə isə, müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalarının pozularaq aparılmasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir”, – H.Həsənov qanunvericiliyin tələbini izah edib.

Bəs indiki həssas dönəmdə “qara bazar”ı çiçəkləndirənlər kimlərdir? Əlbəttə, əlindəki kiçik vəsaiti dollara dəyişməklə pulunu devalvasiyadan qorumaq istəyən sadə vətəndaşların belə imkanları yoxdur. Bazar iri maliyyə vəsaitlərinə nəzarət edən maliyyə qruplaşmalarının marağındadır və onlar daha böyük gəlirlər götürmək üçün ölkədə ajiotaj yaratmaq iqtidarındadırlar.  

İqtisadçı, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov onların imkanlarını və maraqlarını ətraflı təsvir edib. O, bildirir ki, son 7 ildə ilk dəfə neftin qiyməti 87 dolları ötüb, amma bizim banklarımızdan dollar almaq xeyli çətinləşib, bəziləri ümumiyyətlə satmır. Ekspert həmçinin bankların əhalidən dolları Mərkəzi Bankın məzənnəsi ilə almasına diqqət çəkir:  

“Əvvəla, banklar əhalidən rəsmi məzənnə ilə dollar alırsa, deməli, Mərkəzi Bankdan həmin məzənnə ilə istədikləri qədər dollar ala bilmirlər. Banklar axmaq deyil ki, hər alıcıya xeyli vaxt və işçi qüvvəsi sərf edərək kiçik məbləğlərdə dollar alsınlar. Elə birdəfəlik həmin məzənnə ilə Mərkəzi Bankdan bir neçə milyon alarlar. Deməli, ala bilmirlər, Mərkəzi Bank satışı məhdudlaşdırıb.

Digər tərəfdən, bankların özü də dollar satışını məhdudlaşdırıb. Deməli, əhalidən aldıqları dollar həcmi də onların tələbatını təmin etmir. Nəticədə, ajiotaj, panika artır. Dollara tələbat da artır. Devalvasiyanın olacağı haqda söz-söhbət də artır. Axı 2015-ci ilin fevral və dekabr aylarında da devalvasiya öncəsi dollar tapmaq mümkün deyildi”.

Ə.Həsənov devalvasiya olacağına inanmır, bunu 2015-ci ildən fərqli olaraq neftin qiymətinin yüksək olması ilə izah edir: “Digər makroiqtisadi faktorlar da devalvasiyanın olacağı ehtimalını azaldır. Üstəlik, qiymət artımı fonunda hökumətin devalvasiyaya getmə ehtimalı azdır: iqtisadi problemlər və sosial narazılıq arta bilər”.

Bəs onda nə baş verir? Ekspert yeganə ehtimal kimi kimlərsə “qara bazar”a pas ötürdüyünü, yəni onu təşviq etdiyini güman edir: “Dollara çox ehtiyacı olan sahibkarlar naəlac qalıb, “qara bazar”a üz tutur və oradan istədiyi qədər dolları alır. Təbii, bankların məzənnəsindən yüksək qiymətlə. Ümumiyyətlə, ölkədə 2 ildən artıq mövcud olan valyuta alışına qanunsuz 20000 manatlıq limitin nəticələrindən biri elə “qara bazar”ın aktivləşməsidir. Kimlərsə yaman himayə edir bu “qara bazar”ı”.

Onlar kimlərdir? Ə. Həsənov qeyd edir ki, onlar özlərini cinayətkar saymır və guya dövlət maraqlarına qulluq edirlər: “Misal üçün, məsələni yuxarılarda elə təqdim edilər ki, guya bir güllə ilə iki quş vururlar: 

1) Devalvasiya baş vermir və əhalinin mütləq əksəriyyətinin narazılığı baş vermir. Sadə insanların xırda dollar ehtiyacları qarşılanır; 

2) Valyuta ehtiyatları çox ərimir, çünki iri dollar satışları “qara bazar” vasitəsilə yüksək məzənnə ilə satılır.

Mən bilmirəm, mövcud vəziyyəti kimlər yaradıb. Axmaqlar, canilər, yoxsa ingilisdilli qlamur boşboğaz “ağıllılar”. Təkcə onu bilirəm ki, bu əməllə dövlətin iqtisadi qüdrətini sarsıdırlar. Hələ də başa düşmürlər ki, dövlət qanunlarla idarə olunmalıdır. Oyun qaydalarına riayət olunmalıdır. Rəsmi məzənnə varsa, onunla da valyuta mübadiləsi əməliyyatları məhdudiyyətsiz həyata keçirilməlidir”.

İqtisadçı vurğulayır ki, əks halda, dövlətə etimad azalır, xüsusən sahibkarlar tərəfindən: “Axı son nəticədə mövcud vəziyyətdən əziyyət çəkən məhz onlardır. “Qara bazar”a göndərilən də onlardır, səssiz-səmirsiz ziyana uğrayan da onlardır. Əllərində olan layihələri icra edə bilməyən, yeni müqavilələr bağlamaqda əziyyət çəkən onlardır. Ən əsası isə ölkədə sahibkarlıqla məşğul olmaq istəyən, bura pul yatırmaq istəyən potensial sahibkarların sırası azalır. Deməli, get-gedə pul da azalacaq, iqtisadi aktivlik də. Axmaqlar, canilər və ingilisdilli qlamur boşboğaz “ağıllılar” da şələ-küləsini götürüb gedəcək. Talamağa bir şey qalmayanda. Biz isə burada qalacağıq. Neftsiz, amma manatla”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam