Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyaya alman sürprizləri: Ukrayna üçün də Minsk qrupu "cəhənnəmə gedəcək"

Dünən Almaniyanın 3 partiyası ("SPD", "FDP" və "Yaşıllar") yeni hökumət qurduğunu elan etdi və özünün platformasını açıqladı.
Yenixeber.org: Məlumata görə, yeni hökumətin platformasında Ukrayna açıq şəkildə müdafiə olunur və Rusiyanın təcavüzkar siyasəti qınanılır. 
Bu isə bir neçə gündən sonra fəaliyyətə başlayacağı gözlənilən koalisiya hökumətinin Ukrayna məsələsində əvvəlki kimi vasitəçi yox, münaqişənin tərəfi olacağı anlamına gəir. Xatırladaq ki, Almaniya Donbass problemini müzakirə edən Normandiya qrupunun 4 üzvündən biridir. Normandiya dördlüyünün (Almaniya, Rusiya, Fransa və Ukrayna) 2015-ci ildə imzaladığı Minsk razılaşmasına əsasən, Donbass probleminin sülh yolu ilə həlli bu dövlətlərin birgə müzakirəsi əsasında yürüdülür. Almaniyanın yeni hökumətinin Ukraynaya açıq dəstək verəcəyini öz xarici siyasət platformasına salması bir neçə gündən sonra sülh danışıqlarının başa çatacağına işarədir.


 
Moskva üçün növbəti bəd xəbər sözügedən platformada "SPD", "FDP" və "Yaşıllar" koalisiyasının “Şimal axını-2” layihəsi ilə bağlı fikir bildirilməməsidir. “Şimal axını-2” layihəsinin ABŞ tərəfindən qara siyahıya salındığını nəzərə alsaq, yeni alman hökumətinin bu mövqeyi Vaşinqtonla bir yerdə olduqlarına dair mesaj kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, “Şimal axını-2” layihəsi tamamlanmış və işə başlamaq üçün sertifikatlaşdırılma mərhələsini gözləyir. Almaniyanın müvafiq qurumları layihənin sertifikatlaşdırılması prosesini gələn ilin yaz aylarına qədər təxirə salmışdı. Əslində “Şimali axını-2” layihəsinin fəaliyyətinə izn verilməsinin qış mövsümdən sonraya saxlanılması da bu niyyətin reallaşmasını şübhə altına alırdı. 
Məlum olduğu kimi, ABŞ Dövlət Departamenti Avropanın Enerji Təhlükəsizliyinin Mühafizəsi haqqında Amerika Qanununa (PEESA) uyğun olaraq “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyaları davam etdirəcəyini vəd etmişdi. Almaniyanın yeni hökumətinin “Şimal axını-2” layihəsi ilə əlaqədar qeyri-müəyyən mövqeyi də bu amillə bağlı ola bilər. 
Dünən hökumət platformasını açıqlayan Olaf Şoltz dekabrın 5-də yeni kabinetin Baş naziri kimi vəzifəsinə başlayacaq. Belə çıxır ki, 10 gündən sonra Rusiyanı yeni sürprizlər gözləyir.(ovqat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam