Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qüdrət Həsənquliyevin biznes ortağı sükutu pozdu:“Qüdrətlə çox isti münasibətlərimiz var”

Noyabrın 18-də saytımızda  “Azərbaycanda müxalifət partiya sədrinin milyonluq mülkləri” sərlövhəli məqalə dərc olunmuşdu. Məqalədə BAXCP sədri, deputat Qüdrət Həsənquliyevə məxsus dəyəri milyonlarla ölçülən hündürmərtəbli binaların, villaların görüntüləri yer alırdı. 
Yenixeber.org: Bunun ardınca Qüdrət Həsənquliyevin biznesi, şərikləri və sərhədsiz imkanları haqqında saytın ünvanına çoxsaylı məlumatlar göndərildi. Məlumatların həssaslığını nəzərə alaraq araşdırmalara başladıq. Araşdırmalar nəticəsində məlum oldu ki, BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin ölkənin dörd bir yanını əhatə edən biznes imperiyasının böyük bir hissəsini Oqtay Abuzərov adlı şəxs idarə edir. ( Qüdrət Həsənquliyevin biznesini kimlər idarə edir: Abuzərovlar ailəsinin dəbdəbəli həyatı... — ŞOK FAKTLAR )
Yayılan xəbərlərlə bağlı Oqtay Abuzərov ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında Qüdrət Həsənquliyevlə olduqca yaxın münasibətlərinin olduğunu təsdiqləyib: “Bəli, Qüdrətlə çox isti münasibətlərim var. Hazırda korona olduğum üçün bu barədə çox danışa bilmirəm. Çalışacağam ki, gələcəkdə bu barədə sizə ətraflı məlumat verim. Amma, sadəcə onu diqqətinizə çatdıra bilərəm ki, Qüdrət Həsənquliyevin heç bir biznesi yoxdur. Əgər onun biznesi varsa, tapın göstərin mənə, onun müqabilində sizə bir dəyərli hədiyyə verəcəyəm”. 
O.Abuzərov  oğlu Xalid Abuzərlinin məhz Q.Həsənquliyevin sayəsində Dövlət Gömrük Komitəsində işə düzəldiyi və hazırda orada işləməsiylə bağlı məsələlərə də aydınlıq gətirib: “Bəli, oğlum hazırda işləyir. Ancaq oğlumun  əmri hələ verilməyib, sadəcə onu orada müqavilə ilə götürüblər”.
              ***
2004-cü ildə Qüdrət Həsənquliyevin rəhbərliyi altında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP yaradılanda Oqtay Abuzərov da AXCP-dən ayrılaraq tələbə yoldaşı olan Qüdrət Həsənquliyevin yanında yer alıb.
Əldə etdiyimiz məlumatlardan belə anlaşılır ki, Oqtay Abuzərov mövcud siyasi hakimiyyətə qarşı ən radikal mövqedə dayanan cəbhəçilərdən olub, siyasətlə məşğul olmasa da, elə indi də yaxın ətrafının yanında hakimiyyətə qarşı olan mənfi münasibətini gizlətmir.
Oqtay Abuzərovun Qüdrət Həsənquliyevlə olan olduqca yaxın münasibətlərini göstərən müxtəlif faktlar da var. Məsələn, paytaxtın Yasamal rayonunda yerləşən “Tri Korona” (“Üç Tac”) adlı məşhur yaşayış binasında Qüdrət Həsənqulieyvlə Oqtay Abuzərovun mənzilləri yanaşıdır.
Eyni zamanda, həmin binada Qüdrət Həsənquliyevin qardaşı Zəfər Həsənquliyevin də mənzili var
Bundan başqa, Oqtay Abuzərovun oğlu Xalid Abuzərli məhz Q.Həsənquliyevin sayəsində Dövlət Gömrük Komitəsində işə düzəlib və hazırda da orada işləyir.
Vaxtilə Oqtay Abuzərovun özünü də Qüdrət Həsənquliyev Gömrük Komitəsinə işə düzəltmişdi, ancaq bir müddət sonra biznes idarəçiliyinə keçdiyi üçün işindən ayrılmışdı.
Maraqlıdır ki, Gömrük Komitəsinin gənc əməkdaşı Xalid Abuzərli özünün təm-təraqlı həyat tərzini də sosial şəbəkələrdə nümayiş etdirir. Dünyanın müxtəlif ölkələrindən rəngarəng fotolar paylaşan X.Abuzərlinin bahalı avtomobil kolleksiyası da göz oxşayır.
X.Abuzərli müxətlif markalı bahalı maşınlarının üzərində “90 LJ 900” dövlət nömrə nişanından istifadə edir. X.Abuzərliyə məxsus olan son model “Mercedes”, “Audi Q7”, “Toyota Camry” markalı maşınların hamısının üzərinə 90 LJ 900 dövlət nömrə nişanı vurulub. Bütün bunlar isə qanuna ziddir.
Dövlət qurumunun əməkdaşının dəbdəbəli həyat tərzi keçirərək bunu sosial şöbəkələrdə nümayiş etdirməsi olduqca pis nümunədir. Düşündürücüdür ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyi əməkdaşın əndazəni aşan həyat tərzinə göz yumur.
Onu da qeyd edək ki, X.Abuzərli Londonda təhsil alıb.
Əldə olunan digər məlumata görə, O.Abuzərov kriminal aləmdə kifayət qədər tanınan simalardan olan və 1999-cu ildə avtomobil qəzası zamanı dünyansını dəyişən Əlsəf Nağıyevin qızını öz oğluna alıb.
Məhz bundan sonra O.Abuzərov krimanal aləmə də çıxış imkanları əldə edib.

                                    Əlsəf Nağıyev
Ən maraqlısı odur ki, X.Abuzərli 44 günlük Vətən Müharibəsi zamanı “yoxa çıxıb”, döyüşlər vaxtı onu Azərbaycanda görən olmayıb. Təbii ki, bu gənc oğlan atasının himayəçisi Q.Həsənquliyevin sayəsində belə bir dəbdəbəli həyat sürür.
Aşkarladığımız daha bir fakt isə daha diqqət çəkməyə bilməzdi. Belə ki, O.Abuzərovun himayəsi altında zəngin həyat yaşayan qardaşı oğlu Elbrus Abuzərli isə sosial şəbəkələrdə Azərbaycan dövləti əleyhinə radikal statuslar paylaşır. Məlumdur ki, Azərbaycan dövlətinə, ölkə rəhbərliyinə qarşı xaricdən çirkin qarayaxma kampaniyası aparılır. Bu söyüş kampaniyasının əsas icraçılarından biri də hazırda Avropada yaşayan Vidadi İsgəndərlidir. Elbrus Abuzərli sosial şəbəkələrdə məhz Vidadi İsgəndərlinin çıxışlarını paylaşaraq, söyüş kampaniyasına dəstək verir. Maraqlıdır, Oqtay Abuzərli bütün bunları bilirmi? Əgər bilirsə, niyə qarşısını almır? Bəlkə elə Oqtay Abuzərov özünün keçmiş müxalifətçi ruhunu indi də qardaşı oğlunun simasında nümayiş etdirir?!
Əldə etdiyimiz daha bir məlumata görə, Salyan və Şirvan rayonlarında Q.Həsənquliyevə məxsus ticarət obyektlərini də O.Abuzərov idarə edir. Məsələn, Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən 3 hektarlıq istixana kompleksi və ticarət mərkəzləri deputata məxsus olsa da, faktiki idarəçiliyi O.Abuzərov həyata keçirir.
Şirvan şəhərində “Büllur” diş klinikası da O.Abuzərovla Q.Həsənquliyevin digər şəriki Faiq Zeynalova məxsusdur. Həm F.Zeynalovun, həm də O.Abuzərovun “Eurohome” tikinti materialları bazarında obyektləri var. Bu şəxslər onlara yaradılan xüsusi imtiyazlardan yararlanaraq, xaricdən ölkəyə müxtəlif tikinti materialları və gübrə gətirirlər.
Məsələ bundadır ki, Q.Həsənquliyevin Badamdar qəsəbəsində yerləşən villasının düz yanında O.Aburəzovun da villası var. Eləcə də Şamaxı rayonunda Həsənquliyev-Abuzərov-Zeynalov dostlarına məxsus 5 villa var.
Q.Həsənquliyevin himayəçiliyi sayəsində O.Abuzərov bölgələrdə baş vermiş təbii daşqınlar zamanı FHN tərəfindən verilən sifarişlərin əsas icraçısı olub. Belə ki, yararsız hala düşmüş evlərin tikintisi üçün elan olunan tenderlərin qalibi də məhz Q.Həsənquliyevin şəriki olan O.Abuzərovun şirkətləri olub. Təsadüfi deyil ki, O.Abuzərovun şirkətləri müxtəlif təyinatlı tenderlərin də qalibidir.
Qeyd edək ki, adıçəkilən bu şəxslərin idarə etdikləri bahalı avtomobillərdə hər birinin sonu “900”-lə bitən nömrələrdən istifadə edirlər. Onlar bununla Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun kurasiyasında olduqlarını nümayiş etdirmiş olurlar. Məsələn, O.Abuzərova məxsus “Lexus LX 570”, “Nissan Patrul” markalı maşınların nömrələrinin hamısının sonu da “900”lə bitir. Təsadüfi deyil ki, Oqtay Abuzərova məxsus maşınlardan birinin nömrəsi “90-BC-900”dür.
Araşdırmalarımızın davamı var...
Zaur Qurbanov: (demokrat.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam